Xocalının daha iki kəndində əkin torpaqları icarəyə veriləcək
İQTİSADİYYAT
Bugün, 15:20
Sabahdan Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılır.
Mia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəbul prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə aparılacaq və mayın 28-si günün sonuna qədər davam edəcək.
Xanabad, Təzəbinə kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Prezidentin 27 noyabr 2024-cü il tarixli fərmanının 4.1-ci bəndi, Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.
Torpaq sahələri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Xanabad və Təzəbinə kəndlərində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, fındıq, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, kartof, tütün, şəkər çuğunduru, yonca, xaşa, müxtəlif ot qarışıqlarının (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur.
Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.
Xanabad, Təzəbinə kəndlərinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)
Elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" – "Xanabad" və ya "Təzəbinə" seçməklə ərizə formasını doldurmaq.
Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Xanabad, Təzəbinə kəndlərinin olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək.
Müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyhun Bayramov BƏƏ Dövlət naziri ilə müzakirə apardı - Qəbələdə + FOTO
Bugün, 18:50 SİYASƏT
-
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Bugün, 18:38 İQTİSADİYYAT
-
""İran bizə çökmə vəziyyətindəyik" dedi və…” – Tramp bu dəfə elə sözlər açıqladı ki…
Bugün, 18:13 GÜNDƏM
-
Dövlət Gömrük Komitəsinin səlahiyyəti genişləndirilir - Nələr olacaq?
Bugün, 18:10 İQTİSADİYYAT
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANIR - Hansı qanunlar dəyişəcək?
Bugün, 17:59 GÜNDƏM
-
Bakıda bəzi yollar bağlanacaq
Bugün, 17:52 GÜNDƏM
-
Joze Mourinyo geri dönür?
Bugün, 17:36 İDMAN
-
Mədəniyyət sahəsində layihələr... - Prezident qrantla bağlı qanunu təsdiqlədi
Bugün, 17:24 MƏDƏNİYYƏT
-
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə müzakirə aparıb
Bugün, 17:19 GÜNDƏM
-
Türkiyə-Ermənistan İşçi Qrupu toplandı - Nələr müzakirə edildi?
Bugün, 17:14 SİYASƏT
-
Birləşmiş Ərəb Əmirlikləri OPEC-dən çıxır - Bəyanat verildi
Bugün, 17:07 GÜNDƏM
-
“Hamı yazdı ki, ərə gedirsən?” - Aparıcı Vüsalə Əlizadə
Bugün, 17:04 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Güllələnən müəllimə “İdrak” Liseyindən ayrılıb? - AÇIQLAMA (YENİLƏNİB)
Bugün, 16:39 CƏMİYYƏT
-
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bugün, 16:28 CƏMİYYƏT
-
Zaur Kamal efirə dönür?
Bugün, 16:25 MƏDƏNİYYƏT
-
Həbsdə olan Mövlam Şıxəliyevin oğlu ölkəni tərk edib
Bugün, 16:18 SİYASƏT
-
Vasif Eyvazov direktor təyin edildi
Bugün, 16:18 CƏMİYYƏT
-
"Burada MSK məsələ həll edən orqan deyil ki...” - Mikayıl Rəhimov
Bugün, 16:10 SİYASƏT
-
Ukraynanın oğurlanan taxılları… - Aİ-dən İsrailə məktub göndərildi, 3-cü ölkələr hədələndi
Bugün, 15:57 İQTİSADİYYAT
-
"Prezident Kuboku 2026": Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Bugün, 15:55 İDMAN
-
Memarlıq və İnşaat Universitetində yanğın olub
Bugün, 15:41 CƏMİYYƏT
-
Xocalının daha iki kəndində əkin torpaqları icarəyə veriləcək
Bugün, 15:20 İQTİSADİYYAT
-
Bəxtiyar Allahverdi “Tərəqqi” medalı ilə təltif olunub
Bugün, 15:19 İQTİSADİYYAT
-
“Bakcell” Ümumdünya Autizm Ayı çərçivəsində “Kaşalata” kafedə görüş keçirdi - FOTOLAR
Bugün, 15:08 İQTİSADİYYAT
-
Yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi... - Ali Məhkəmə vahid qərar qəbul edib
Bugün, 15:00 KRİMİNAL
-
Nazirlər Kabinetinin daha bir qərarın dəyişiklik edilib
Bugün, 15:00 İQTİSADİYYAT
-
İran MN: “ABŞ artıq beynəlxalq siyasətdə diktə etmək iqtidarında deyil”
Bugün, 14:44 DÜNYA
-
Reyting.az-a yenidən haker hücumu edilib - AÇIQLAMA
Bugün, 14:32 PRESS
-
Prezident Qəbələdə BƏƏ nümayəndələrini qəbul etdi - FOTOLAR
Bugün, 14:23 GÜNDƏM
-
“Fənərbaxça” seçkiyə gedir - Sadettin Saran postunu buraxır
Bugün, 14:13 İDMAN
-
Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi
Bugün, 14:10 PRESS
-
Prezident İlham Əliyev daha iki sazişi təsdiqlədi (Yenilənib)
Bugün, 14:06 GÜNDƏM
-
"ASAN Xidmət"ə əlavə səlahiyyət verilib - Fərman imzalandı
Bugün, 14:06 GÜNDƏM