Prezident bu ərazilərdə evləri sökülənlərə pul ayırdı - Sərəncam + SİYAHI

Prezident bu ərazilərdə evləri sökülənlərə pul ayırdı - Sərəncam + SİYAHI

GÜNDƏM

Bugün, 12:34

Bakı şəhəri Xətai rayonu Keşlə qəsəbəsində sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.

Mia.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.

Sərəncama əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmir-bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək (qiymətləndirmə xərcləri daxil olmaqla), həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayəhaqları ödəniləcək (bank xərcləri daxil olmaqla).

Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 "b" ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə də birdəfəlik maddi yardım ödəniləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR