"Müsavat partiyasında aclarla yeyib doyanlar arasında mübarizə gedirdi"

img

29-09-2014 [12:24]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Müsavat Partiyasında keçirilən başqan seçkisi haqda fikirlərini açıqlayıb.

Mia.az Olke.az-a istinadən həmin açıqlamanı təqdim edir: "Mən əvvəl də demişdim, Müsavat partiyasında aclarla yeyib doyanlar arasında mübarizə gedirdi və yeyib doyanlar qalib gəldi. Müsavat partiyasında heç bir şey dəyişmədi. Dünən Müsavatın başında bir satqın var idi, bu gün iki satqın oldu. Müsavat partiyası şərikli idarə olunur. Rauf Arifoğlu, Hacıyev Arif, Qəmbərov İsa pariyanı şərikli idarə edirlər, bunların da başında Qəmbərov İsa durur. Müsavat partiyasında bəzi sağlam qüvvələr qalmışdı. Onlarla bunlar arasında gərgin mübarizə getdi və axırda qrant yeyənlər, satqınlar, dövlətə xəyanət edənlər qalib gəldi. Məmmədəmin Rəsulzadə bilsəydi ki, onun partiyasının başqanı, düzdü Məmmədəmin Rəsulzadənin partiyası Müasir Müsavat partiyası idi, alverçi olacaq heç o partiyanı qurmazdı.

Onu da qeyd edim ki, Arif Hacıyevi Qəmbərov İsa başqan etdi, ondan əlavə Pənah Hüseyinov da Hacıyev Arifə kömək etdi. Arif Hacıyevin başqan seçilməsi hər tərəfli xeyirdir, həm hakimiyyət daxilindəki bəzi darələrə, həm də ölkə xaricindəki bəzi dairələrə. Bu seçkiyalnız Azərbaycan millətinə zərərdir.

Mən bu seçkiyə görə çox sevinirəm. Sevinərəm ona görə ki, Azərbaycan xalqı Arif Hacıyevi bir pravokatr kimi tanıyır və onun başqan seçilməsi Qəmbərov İsanın satqın olduğunu bir daha ortaya çıxarır. Artıq millət də gördü ki,  bunlar ciblərinə işləyən bir müəssisə, firma yaradıblar. O firmanın başında kimin olduğnun isə heç bir fərqi yoxdur.

Seçkidə çox ciddi saxtakarlıqlar olub. Orada yoldaşlar var, mənə zəng etdilər ki, çoxumuz Qubad İbadoğluna səs verdik amma qutudan Hacıyev Arif çıxdı. Onu da əlavə edim ki, bizim o vaxtkı hakimiyətimiz zamanı ən uğursuz kadr Hacıyev Arif  olub. Rüşvətxorluqda, rayon ircra hakimiyyəti başçılarının təyin olunmasında, harada özü kimi avara adam var idi, hamısın yığıb rayonlara icra başçısı təyin edirdi.

Mən sevinirəm ki, o partiya dağılır və heç bir təsiri olmayan quruma çevrilir. Qəmbərov İsa artıq tarixin arxivinə getdi. Tural Abbasılnın 19 səs yığması inandırıcı deyil. Ağsu rayon təşkilatından mənə məlumat verildi ki, Hacıyev Arifin adamları o rayondakı qurultay nümayəndələrinə 500 manatdan pul paylayıblar ki, seçkidə ona səs versinlər. Mən konfiliktə girmək istəmirəm. Burda hakimiyətdə olan müəyyən qurumların əli olub. Hakimiyyətdə olan müəyyən dəstələr Arif Hacıyevi başqan seçdilər. Birmənalı şəkildə deyirəm ki, Arif Hacıyevi hakimiyyət başqan təyin etdi. Mən dövləti müdafiə edən adam kimi bu təyinata sevinirəm. Biz istəyirik ki, bizim əlimizin altında həmişə belə adam olsun. Biz bu gün qalib gəldik və Qəmbərov İsanın əlindəki bütün riçaqları əlindən aldıq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA