Putin XİN başçısı ilə görüşdə elə mesaj verdi ki… - “Rusiya regiondakı digər ölkələrin maraqlarına uyğun hər şeyi edəcək” (FOTOLAR)

Putin XİN başçısı ilə görüşdə elə mesaj verdi ki… - “Rusiya regiondakı digər ölkələrin maraqlarına uyğun hər şeyi edəcək”  (FOTOLAR)

GÜNDƏM

Bugün, 17:42

Rusiya Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşdə ABŞ-İsrail qüvvələrini çətin duruma salacaq ciddi siqnallar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, XİN başçısı ilə qəbulda Rusiyanın İrana daha açıq və ciddi dəstəyinə söz verb.

Putin bildirib ki, Rusiya İranın və regiondakı digər ölkələrin maraqlarına uyğun olacaq hər şeyi edəcək.

Putin əlavə edib ki. İran lideri Müctəba Xameneidən məktub alıb: “Xamenei və İran prezidenti Məsud Pazeşkiana ən xoş arzularımı çatdırarsınız. Biz Rusiya olaraq İran xalqının bu çətin dövrün öhdəsindən gələcəyinə və sülhün bərqərar olacağına inanırıq. Dediyim kimi, Rusiya İranın və regiondakı digər ölkələrin maraqlarına uyğun olaraq Yaxın Şərqə mümkün qədər tez sülh gətirmək üçün hər şeyi edəcək". 

Oman və Pakistana səfərlərindən sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa gələn İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, İran xalqı cəsarət ilə təcavüzə müqavimət göstərib və buna davam edəcək.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR