Tramp: Zaman İranın xeyrinə işləmir

Tramp: Zaman İranın xeyrinə işləmir

DÜNYA

Bugün, 16:44

ABŞ prezidenti Donald Tramp İranla bağlı prosesdə heç bir təzyiq altında olmadığını bildirərək, zamanın Tehran rejiminin əleyhinə işlədiyini vurğulayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranın hərbi imkanlarının böyük ölçüdə məhv edildiyini iddia edən Tramp, mümkün bir razılaşmanın yalnız ABŞ və müttəfiqlərinin maraqlarına xidmət etdiyi təqdirdə nəzərdən keçiriləcəyini söylədi.

Tehran rejiminin ağır hərbi vəziyyətlə üzləşdiyini iddia edən Tramp, İran donanmasının zərərsizləşdirildiyini, hava qüvvələrinin və radar sistemlərinin məhv edildiyini və rəhbərliyinin aradan qaldırıldığını iddia etdi.

Blokadanın gücləndiyini və Tehran üçün vəziyyətin hər gün pisləşdiyini iddia edən Tramp, prosesin onun xeyrinə işlədiyini vurğuladı.

"Zaman onların tərəfində deyil" ifadəsi ilə mövcud hərbi vəziyyətə diqqət çəkən Tramp, razılığa gəlməyə tələsmədiklərini, lakin masa arxasına oturacaqları təqdirdə bunun yalnız ABŞ, müttəfiqləri və dünyanın qalan hissəsi üçün məqbul şərtlərə cavab verəcəyi təqdirdə baş verəcəyini bildirdi.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR