Prezidentdən jurnalistin ölümünə sərt reaksiya: “Bu,insanlığa qarşı cinayətdir”

Prezidentdən jurnalistin ölümünə sərt reaksiya: “Bu,insanlığa qarşı cinayətdir”

PRESS

Bugün, 15:23

Livan Prezidenti Cozef Aun İsrail ordusu tərəfindən Livanda qadın jurnalistin öldürülməsinə sərt münasibət bildirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o,dünən İsrailin Livanın cənubundakı Tayri şəhərinə hücumunda jurnalist Amal Xəlilin ölümünün onu dərindən kədərləndirdiyini açıqlayıb.

Prezident həmin hücumda ağır yaralanan Zeynəb Fərəcə isə tezliklə şəxfa arzulayıb, onun səhhətinin nəzarətdə olduğunu qeyd edib: “Jurnalistlərə hücum beynəlxalq hüquq və qaydalara uyğun cəzalandırılmalıdır. Bu, birbaşa insanlığa qarşı cinayət, media azadlığına qarşı cinayətdir. Beynəlxalq ictimaiyyət və qurumlar belə hallara qarşı sərt mövqeyini ortaya qoymalıdır”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR