Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında dəmir yolu xətti çəkilir: “İlin sonunadək iş tamamlanacaq”

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında dəmir yolu xətti çəkilir: “İlin sonunadək iş tamamlanacaq”

İQTİSADİYYAT

Bugün, 11:08

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında dəmir yolu xətti çəkilir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Nəqliyyat naziri Saleh əl-Casser açıqlama verib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanını İordaniya və Suriya vasitəsilə Türkiyə ilə birləşdirəcək dəmir yolu xətti üçün birgə texniki-iqtisadi əsaslandırma işləri sürətlə davam edir: “Dəmir yolu üçün birgə işlər ilin sonunadək tamamlanacaq”.

Yeri gəlmişkən, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraoğlu İordaniyaya səfəri zamanı Türkiyə, Suriya və İordaniyanı birləşdirən "müasir Hicaz Dəmir Yolu"nun inşasının planlaşdırıldığını da demişdi: “Üç ölkə arasında inşa ediləcək dəmir yolu xəttinin gələcəkdə Səudiyyə Ərəbistanı və Omana qədər uzadılması planlaşdırılır”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR