YAP rayon təşkilatının keçmiş sədri hakim qarşısında: "O videodakı..."
KRİMİNAL
22.04.2026, 11:25
Respublika Perinatal Mərkəzində yanğınla bağlı məhkəmə prosesində cinayət işi üzrə sənədlər tədqiq olunub.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hadisə anına dair müşahidə kameralarının qeydə aldığı videolar izlənilib.
Həmin videoda mərkəzdə içərisində yenidoğulmuş körpənin olduğu küvəzin yandığı müşahidə olunub.
Təqsirləndirilən mərkıəzin direktoru ( YAP Sabunçu rayon təşkilatının keçmiş sədri -Mia.az) Mehriban Abasquliyeva həmin videogörüntüyə münasibət bildirərkən deyib ki, həkim küvəzin yandığını görsə də, körpəni oradan çıxarmağa cəhd etməyib. O, həmin küvəzdən körpəni sonradan sanitar işçinin çıxardığını söyləyib.
Həmçinin videogörüntü şərh edilərkən bildirilib ki, mərkəzin həkimi Leyla Abdullayeva yeni doğulmuşların olduğu otağı tərk edərək divanda yatmağa gedib.
İçəridə olan həkim Validə Əliyevanın isə başının şöbədə olan sənədləri vərəqləməyə qarışdığı bildirilib.
Səsləndirilən videogörüntüdə qeyd olunub ki, Respublika Perinatal Mərkəzin həkimləri qaydanı pozaraq gecə saatlarında növbətçi olduqları palatanı tərk ediblər.
Həmçinin müşahidə kamerasının qeydə aldığı videogörüntüdən aydın olur ki, növbədə olan digər həkim Validə Əliyeva küvəzdə baş verən yanğını gec görüb.
Proses məhkəmənin hazırlıq iclasında baxılmamış saxlanılan, eləcə də cari iclas zamanı verilən vəsatətlərin baxılması ilə davam edib.
Belə ki, təqsirləndirilən tərəf əvvəlki iclaslarda verdiyi vəsatətlərin birində bir neçə nəfər zərərçəkənin cinayət işi üzrə zərərçəkmiş statusuna xitam verilməsi istəyib. Bildirilib ki, onlar tibb işçisi olub və özlərini zərərçəkən hesab etmirlər.
Hakim sözügedən vəsatətə müşavirə otağında qiymət veriləcəyini bildirib.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib(report).
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qazaxıstanla ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib - SƏRƏNCAM
Bugün, 12:19 GÜNDƏM
-
İkinci Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif edilmiş şəxslərə maddi yardım veriləcək - SƏRƏNCAM
Bugün, 12:15 GÜNDƏM
-
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM
Bugün, 12:13 GÜNDƏM
-
ABŞ dövlət katibi Rubio İranın Dünya Kubokundan kənarlaşdırılacağı ilə bağlı iddiaları yalanlayıb
Bugün, 12:07 DÜNYA
-
Marek Hamşik Slovakiya Millisinin baş məşqçisi olacaq
Bugün, 12:00 İDMAN
-
Gergios Donis Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi oub
Bugün, 11:56 İDMAN
-
Mərc edərək 400.000 dollar qazanan ABŞ əsgəri həbs edilib.
Bugün, 11:52 DÜNYA
-
Krit adasında 5,7 bal gücündə zəlzələ olub
Bugün, 11:48 DÜNYA
-
Fransa və Polşa Rusiyaya qarşı nüvə təlimlərinə hazırlaşır
Bugün, 11:40 DÜNYA
-
Nərimanovda mağazadan 100 min manat dəyərində qızıl oğurlanıb
Bugün, 11:37 KRİMİNAL
-
ABŞ Putini G20 sammitinə dəvət etməyi planlaşdırır
Bugün, 11:34 DÜNYA
-
DİN əməliyyat keçirib, 49 kiloqramdan artıq narkotik aşkarlanıb
Bugün, 11:30 KRİMİNAL
-
"Beşiktaş" ulduz futbolçunu transfer etməyə yaxınlaşır - DETALLAR
Bugün, 11:23 İDMAN
-
Milli Məclisin növbəti iclasının vaxtı və tarixi məlum olub
Bugün, 11:11 CƏMİYYƏT
-
Joao Pereira: "Bu gün arzumuz sona çatdı"
Bugün, 10:55 İDMAN
-
Sergen Yalçın: "Yeganə düşüncəmiz kuboku qazanmaqdır"
Bugün, 10:51 İDMAN
-
"Bornmut" Malik Tillmanı heyətinə qatmaq istəyir - DETALLAR
Bugün, 10:46 İDMAN
-
Moskvada "Roskomnadzor" rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb
Bugün, 10:43 DÜNYA
-
Paşinyan: Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur
Bugün, 10:41 DÜNYA
-
Kəlbəcər və Laçına sulu qar yağıb
Bugün, 10:37 CƏMİYYƏT
-
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
Bugün, 10:36 İQTİSADİYYAT
-
Azərbaycan nefti 113 dollara satılır
Bugün, 10:26 İQTİSADİYYAT
-
Yunanıstanda güclü zəlzələ olub
Bugün, 10:25 DÜNYA
-
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
Bugün, 10:16 GÜNDƏM
-
"Mançester Yunayted" Miki van de Veni transfer etmək istəyir
Bugün, 10:09 İDMAN
-
"Arsenal" Alvaro Karrerası transfer etməyə hazırlaşır
Bugün, 09:35 İDMAN
-
"Fənərbağça" Osimhen ilə bağlı TFF-yə müraciət edib
Bugün, 09:26 İDMAN
-
Junior Olaitan: "Çempion olmaq istəyirik"
Bugün, 00:45 İDMAN
-
Sebastian Han: "Məğlubiyyətə görə çox kədərlənirik"
Bugün, 00:39 İDMAN
-
Azərbaycan BMT-nin mühüm Konvensiyasına qoşulub
Bugün, 00:36 SİYASƏT
-
Fatih Tekke: "Bizim baxışımızdan oyunun ilk hissəsi çox müsbət deyildi"
Bugün, 00:32 İDMAN
-
Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif edib
Bugün, 00:31 DÜNYA
-
Ukrayna milli komandasında Rebrov dövrü başa çatıb
Bugün, 00:26 İDMAN
-
Lautaro Martines yaşıl meydanlara qayıtmağa hazırlaşır
Bugün, 00:18 İDMAN