İRAN QISAS HÜCUMUNA KEÇDİ: 4 gəmi vuruldu, iki gəmi ələ keçirildi - SEPAH meydan oxuyur (Yenilənib)   

İRAN QISAS HÜCUMUNA KEÇDİ: 4 gəmi vuruldu, iki gəmi ələ keçirildi - SEPAH meydan oxuyur (Yenilənib)   

GÜNDƏM

22.04.2026, 14:36

"Bu gün biri İsraillə bağlı olmaqla, iki xarici gəmini ələ keçirdik”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda deyilir ki, ABŞ-ın blokadasına cavab olaraq, "MSC-Francesca" və "Epaminodes" adlı iki gəmi saxlanılıb.

SEPAH bunu “lazımi icazələr olmadan hərəkət”lə əlaqələndirib: “Bununla da həmin gəmilər dəniz təhlükəsizliyini təhlükəyə atırdı. Həmin gəmilərdən biri - "MSC-Francesca" İsraillə məxsusdur. Hər iki gəmi ələ keçirilərək, İran limanlarına çəkilib”.

Bəyanatda Hörmüz boğazının təhlükəsizliyinin pozulması İranın "qırmızı xətti" olduğu xüsusi vurğulanıb.

Yeri gəlmişkən, Iran bu gün ümumilkdə 4 yük gəmisinə zərbə endirib. Onlardan ikisinə böüyk zərər dəyib. 

 ***

İran ordusu ABŞ-ın bir neçə gün əvvəl yük gəmilərinə qarşı hücumuna qarşılıq qisas əməliyyatı keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ordu "xəbərdarlıqlara məhəl qoymadığı" iddia etdiyi bir yük gəmisini Oman Körfəzində vurub.

Bu haqda İranın Tasnim Xəbər Agentliyinə ölkənin Silahlı Qüvvələrindən məlumat verilib.

Açıqlamada detallara varılmayıb.

Böyük Britaniya Dəniz Ticarət Təşkilatından isə bildirilib ki, Oman Körfəzində bir konteyner gəmisinə atəş açılıb: “Hücumda ekipaj arasında ölən və yaralanan olmasa da, gəmiyə ciddi ziyan dəyib”.

Bu arada isə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ başda olmaqla, ona dəstək verən ərəb ölkələrinə hədə-qorxu gəlib.

SEPAH-ın yaydığı məlumata əsasən, gözlənilən yeni toqquşma zamanı ərəb ölkələri ərazilərini İrana qarşı hücuma açmamalıdır, əks halda neft hasilatlaır daxil bütün "can damarları" vurulacaq: “Hamı bilir ki, artıq atəşkəs yoxdur. Biz ayıq-sayıqıq, kəşfiyyatımız aktivdir. Düşmənin hər bir hərəkəti izlənilir. Və istənilən ani hərəkətdə məhv ediləcəklər. Bəyan edirik ki, İrana qarşı hər hansı bir hücuma böyük və əzici güclə cavab verəcəyik”

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR