Qubad İbadoğlu bəyanat yaydı

img

28-09-2014 [15:34]


Müsavat Partiyasının başqan seçkisində dünən 20 səslə məğlub olan Qubad İbadoğlu "Facebook"da təəssüratlarını paylaşıb.

Mia.az onun fikirlərini təqdim edir: 

"Müsavat Partiyası başqanlığına yarışda mənə dəstək verən bütün partiyalı və partiyasız dostlarıma təşəkkür edir, onların dəstəyini Azərbaycan cəmiyyətinin 10 illərdir təşnə olduğu demokratiyaya, azadfikirliliyə, islahatlara və müsbət dəyişikliklərə verilən dəstək kimi dəyərləndirirəm.

Seçki kampaniyasında fəallıq nümayiş etdirən, səsini məndən əsirgəməyən fədakar müsavatçı qardaş və bacılarım! Ruhdan düşməyin və qətiyyən mübarizədən məğlub çıxdığımızı düşünməyin! Məqsədimiz Müsavatı bu mübarizədən qalib çıxarmaq idi. Bizim mübarizəmiz mənafe yox, məfkurə mübarizəsidir! 

Mücadiləmiz davam edir! Sevgimiz veten sevgisidir!”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA