"Düşməni ağıllandırmaqda mənim böyük xidmətlərim olub" - Partiya sədri

img

27-09-2014 [23:59]


"Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana səfər etməsi və burada cənab Prezidentlə görüşməsi bizim uğurumuzdur”.

 

Bu sözləri  Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib. 

 

Onun sözlərinə görə, Vladimir Jirinovski indiyədək Azərbaycana düşmən münasibətdə olan adam olub:

"Ancaq biz düşməni özümüzə dost edə bildik. Düşməni ağıllandırmaqda mənim böyük xidmətlərim olub. Bunu yekəxanalıq üçün demirəm. Əgər kimsə istəsə,  mobil telefonumla apardığım danışıqları yoxlaya bilər. Apardığımız bu danışıqlar nəticəsində Jirinovski həqiqəti öyrəndi. Ən yaxşı siyasət də odur ki, düşməni dosta çevirməyi bacara biləsən. Ancaq dünyada da, adətən, belə adamlardan yaxşı istifadə etmək olur.

Amma çox təəssüf ki, Jirinovski Bakıya səfəri zamanı keçirilən görüşlərə məni dəvət etmədilər. Yəni, Milli Məclisdə mənə qarşı qısqanclıqlar oldu.Bu, belə olmamalı idi. Ən azı Jirinovski ilə keçirilən görüşlərdə mənim apardığım telefon danışıqları da xatırladıla bilərdi. Ancaq bu olmadı. Görünür, kimlərsə mənim işimi qısqanır. Təbii ki, Azərbaycanda hamı məni istəyə bilməz. Mən dollar deyiləm ki, hamı məni sevsin. Bütövlükdə isə mən Jirinovskinin Azərbaycana səfərini müsbət qiymətləndirirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA