Məşhur aktyor serialdan tələm-tələsik çıxarıldı, yeni səhnələr silindi - “Dəliqanlı”da nə baş verir?

Məşhur aktyor serialdan tələm-tələsik çıxarıldı, yeni səhnələr silindi - “Dəliqanlı”da nə baş verir?

MƏDƏNİYYƏT

Bugün, 00:24

“Show TV”də yayımlanan məşhur “Delikanlı” serialının aktyor heyətində gözlənilməz dəyişiklik olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mert Ramazan Demir və Melis Sezenin rol aldığı serialına “Miran” obrazı üçün yeni cəlb olunan və bir neçə səhnəyə artıq çəkilən tanınmış peşəkar aktyor Fırat Tanış tələm-tələsik serialdan çıxarılıb.

Məlumata görə, onunla bağlı səhnələr silinib, serialın yeni bölümü demək olar ki, yenidən ssenariləşdirilir.

Xəbərdə deyilir ki, bu, ölkədə məktəblərə hücumla əlaqəlidir: “Serialda cəmiyyətin ahzırkı ruh halına təsir edəcək zorakılıq halları vardı deyə belə qərar verildi”.

Serialın çəkilişinə cavabdeh olan “OGM Pictures” Fırat Tanışla yolları ayırdıqlarını təsdiqləsə də, səbəbə aydınlıq gətirməyib.

Serialdakı "Miran" obrazının gələcəyi ilə bağlı hələlik qəti qərar verilməyib.

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR