Qurban Qurbanov: "Belə şeylərə göz yuma bilmərik"

Qurban Qurbanov: \"Belə şeylərə göz yuma bilmərik\"

İDMAN

Bugün, 10:20

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 28-ci turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Mia.az xəbər verir ki, baş məşqçi “Elvin Cəfərquliyevi bağışlamaq olarmı?” sualına konkret cavab verməkdən yayınıb: “Bu günə qədər çox futbolçunu bağışlamışıq, özümüz də vaxtilə səhvlər etmişik. Amma hər şey qarşıdakı prosesdən asılı olacaq”.

Baş məşqçi Elvin Cəfərquliyevin əvəzedici heyətə göndərilməsi və intizam məsələsinə isə belə izah verib: “Futbolçu bir oyunda uğur qazanmaqla missiyasını tamamlamış saymamalıdır. Bu, Qarabağ FK-dır və burada tələb yüksəkdir. Çempionlar Liqasında yaxşı oynamaq o demək deyil ki, vacib oyunda intizamsızlıq edəsən. Belə şeylərə göz yuma bilmərik. Bu günə qədər çox futbolçunu bağışlamışıq"”.

Fərid

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR