“İslamabada gedə bilərəm, razılaşmaq üzrəyik” – Trampdan İranla bağlı mühüm açıqlamalar

“İslamabada gedə bilərəm, razılaşmaq üzrəyik” – Trampdan İranla bağlı mühüm açıqlamalar

GÜNDƏM

Bugün, 00:02

“Bu həftə sonu İran rəsmiləri ilə danışıqlara dönəcəyik. Biz onlara razılaşmaya çox yaxınıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Las-Veqasa gedərkən Ağ Evin çıxışında jurnalistlərin sualına cavabda deyib.

Trampın sözlərinə görə, İranla danışıqlar məhsuldar şəkildə davam edir: “İranla razılaşma əldə etməyə çox yaxınıq. İranla növbəti birbaşa danışıqlar bu həftə sonu ola bilər. İranla bir çox razılaşma əldə edirik. Düşünürəm ki, tezliklə çox müsbət irəliləyişlərə nail olacağıq. İndi biz İrandakı yeni liderlərlə çox yaxşı anlaşmağa başlayırıq. Ən əsas məsələ nüvə silahıdır ki, buna da razılaşırıq. İranın nüvə silahına sahib olmaması son dərəcə vacibdir, sevindiricidir ki, indi onlar buna razılaşıblar. Onlar həmçinin əllərində olan zənginləşdirilmiş uranium və nüvə qalıqlarını bizə verməyə razılaşıblar. Hər şey əla gedir”.

ABŞ lideri bildirib ki, hazırkı vəziyyətin yaranmasında vasitəçilik rolunu oynayan Pakistanın xidməti çox böyükdür: “Onlara xüsusi tşəkkür edirəm. Əgər razılaşma İslamabadda imzalanarsa, mən ora da gedə bilərəm".

İranla anlaşmaq üzrə olduqlarını təkrar-təkrar dilə gətirən ABŞ prezidenti hər ehtimala müharibəyə də hazır olduqlarını deyib: "Əgər razılaşma olmazsa, müharibə davam edəcək”.

ABŞ prezidenti İranla bağlı Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və digər regional liderlərlə də danışdıqlarını etiraf edib: "Regiondakı bütün liderlərlə danışırıq, bir çox mövzunu müzakirə edirik. Dediyim kimi, indi, İranla razılaşmaya yaxınıq. Hə, yeri gəlmişkən, bu anlaşmaya Hizbullah, başqa sözlə desək, İsrail-Livan qarşıdurması da daxil ediləcək”.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR