"İstedadlı insanlara mütləq şəkildə yol açılmalıdır"

\"İstedadlı insanlara mütləq şəkildə yol açılmalıdır\"

MƏDƏNİYYƏT

Bugün, 11:15

"İstedadsız insana kömək etməklə heç nə əldə etmək olmur. Lakin bu gün vəziyyət dəyişdiyi üçün gənclərə münasibət də dəyişib. Mənə elə gəlir ki, bu gün gənclərimiz var ki, onlara dəstək lazımdır, lakin o dəstək yetərincə deyil".

Mia.az xəbər verir ki, bunu Oxu.Az-a videomüsahibəsində Xalq artisti Mərahim Fərzəlibəyov deyib.

O, həmçinin teatrlardakı islahatlar nəticəsində ləğv edilən ştatlardan danışıb:

"2010-cu ildə teatr sahəsində islahat keçirildi və məni Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsindən uzaqlaşdırdılar. Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi. O dövrdən də Azərbaycan teatrının müəyyən ağır nəticələri başladı. Bu bəla mənim həyatımda 12 il davam elədi".

Xalq artisti Azərbaycan teatrının gələcəyindən, inkişafa olan inam və ümidlərini də səsləndirib:

"İstedadlı insanlara mütləq şəkildə yol açılmalıdır. Gənclər xalqın inkişafıdır. Ona görə də biz estafeti onlara təhvil verməli, onlar da bizi sevindirməlidir".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR