”Əşrəf Rüya”nın “Nisan”ı tənqidlərə dözmədi: “Sizin yerinizə utanıram”

”Əşrəf Rüya”nın “Nisan”ı tənqidlərə dözmədi: “Sizin yerinizə utanıram”  

ŞOU-BİZNES

Bugün, 10:34

Türkiyənin Kahramanmaraş şəhərində dünən məktəbdə 9 nəfərin ölümünə səbəb olan səs-küylü hadisənin ölkəni sarsıtdığı bir anda ”Əşrəf Rüya”nın baş rol ifaçılarından (Nisan obrazıyla-Mia.az) olan aktrisa Demet Özdemirin rəqs videosu paylaşması sərt tənqidlərə səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sosial mediada linç kampaniyasına sonadək dözüm göstərə bilməyən aktrisa, nəhayət, “partlayıb”.

O, onu “topa tutanlara” mesajında "Sizin adınızdan utanıram" deyib və Şanlıurfa, ardınca Kahramanmaraşda çoxsaylı şagird və müəllimin həyatına son qoyan hücumlardan kədərləndiyini ifadə edib: "Qarayaxmanızı 2 dəqiqə dayandırın. Hamımız həqiqətən nəyin vacib olduğunu bilirik. Sizin adınıza utanıram, hərəkətləriniz utancvericidir”.

Aktrisa daha sonra bildirib ki, məktəblərin uşaqlar üçün ən təhlükəsiz yer olmalıdır: "Məktəb bir evdir. Evdən sonra uşağın ən təhlükəsiz sığınacağıdır. Belə də olmalıdır. Başqa sözüm yoxdur."

Məlumat üçün bildirək ki, aktrisanın rəqs videosuna “hücum” edən izləyiciləri ona ünvanlı “öl, yerə gir” məzmunlu şərhlər yazıblar.

Bu arada, məktəblərdə baş verən zorakılıq hadisələrindən sonra sosial media platformalarında bir çox istifadəçi zorakı səhnələrin və mafiya mövzulu təsvirlərin cəmiyyətə və gənclərə mənfi təsirini qabartmağa başlayıblar.

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR