"Övladına xeyri dəyməyən bir atanın atalar gününü təbrik edə bilmərəm" - Müğənni

img

27-09-2014 [11:10]


Türkiyəli müğənni Nihat Doğan canlı yayımda studiyadakıları ağladıb.

Sənət fəaliyyətindən çox qalmaqallı, siyasi çıxışları ilə yadda qalan Türkiyəli müğənni Nihat Doğan aparıcılığını çağla Şikəl və Alişanın etdiyi "Hər şey daxil” verilişinə qonaq olub. 

Verilişdə "atalar günü və atalıq” mövzusunda danışan müğənni Nihat Doğan danışığı ilə studiyadakıları kədərə qərq edib və tamaşaçılar göz yaşlarını saxlaya bilməyiblər. 

"Həyat yoldaşına, övladına xeyri dəyməyən bir atanın atalar gününü təbrik edə bilmərəm” – deyən Nihat Doğan bildirib.

11 yaşında atasının ölümü ilə üzləşən müğənni yaşadığı çətinlikləri danışdıqca, özü də kövrəlib(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR