İki idarə rəisi quda oldu – Agentliyin məsul şəxsləri cütlüyə bahalı hədiyyələr bağışlayıblar

İki idarə rəisi quda oldu – Agentliyin məsul şəxsləri cütlüyə bahalı hədiyyələr bağışlayıblar

MƏDƏNİYYƏT

13.04.2026, 20:46

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki vəzifəli şəxsi qohum olub.

Mia.az-ın əldə etdiyi məlumata görə, 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin oğlu Ağdaş Yol İdarəsinin direktori Rəhman Əhmədovun qızı ilə ailə qurub.

Toy mərasimi aprelin 11-də Bakıda məşhur şadlıq sarayında - “Meridian park luxure”də keçirilib.

Məlumata görə, toyda AAYDA və ona bağlı idarələrin rəhbər şəxsləri iştirak ediblər. Onlardan bəziləri cütlüyə bahalı hədiyyələr veriblər.

Məsələn, AAYDA-nın Baş mühəndisi Dilqəm Qəniyevin çox bahalı bahalı zinnət əşyası bağışlaması bildirilir: “Dilqəm Qəniyevin belə səxavətli davranması da səbəbsiz deyil…”.

Məlumatda Dilqəm Qəniyevlə xüsusən Məzahir Əliyevi bir-birlərinə bağlayan maraqlı iddialar da var. Onlar mövzunun predmeti olmadığından növbəti yazıya saxladıq.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR