Britaniya ABŞ-ın qərarına qarşı çıxdı: “Olmaz!”

Britaniya ABŞ-ın qərarına qarşı çıxdı: “Olmaz!”

İQTİSADİYYAT

Bugün, 17:45

Britaniya Baş naziri Keyr Starmer ABŞ-ın Hörmüz boğazını blokadaya almaq planına qarşı çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, ingilis telekanalına müsahibəsində söz açıb.

Starmer bildirib ki, ABŞ-ın Hörmüz boğazını blokadaya almaq planı yolverilməzdir: “Boğaz açıq saxlanılmalıdır ki, enerji qiymətləri aşağı düşsün. Bu, hazırda bütün dünya üçün çox vacibdir. Əks halda neft və təbii qaz axınını daha da pozulacaq və bu da enerji qiymətlərini kəskin bahalaşdıracaq. Bu səbəbdən müttəfiqlərimizlə boğazı bağlamaq üçün deyil, açmaq üçün çalışırıq. Biz blokadanı dəstəkləmirik. Bütün hazırlıqlarımız boğazı açıq saxlamağa yönəlib”.

Baş nazir deyib ki, ABŞ israrla Britaniyanı müharibəyə cəlb etməyə can atıb: “Buna baxmayaraq, biz aydın mövqe tutduq. Nə olursa olsun, müharibəyə girməyəcəyik. Böyük Britaniyanın belə bir müharibəyə girməsi milli maraqlarımıza uyğun deyil”.

Starmer Hörmüz boğazının bağlanmasında İranı günahkar bilib: “Biz buradakı problemə görə İranın məsuliyyət daşıdığını açıq deyirik. Ancaq problemin yolunu da müharibəsiz, danışıqlarda görürük”

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR