Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək

CƏMİYYƏT

Bugün, 10:17

Aprelin 17-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilan rayonunun Ağalı kəndində bu rayondan, eyni zamanda Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Mia.az xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR