Azay Quliyev Tblisidə Qarabağdan danışdı

img

26-09-2014 [21:30]


Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Gürcüstan Demokratiya Təşəbbüslərinin təşkilatçılığı ilə reallaşan "Şərq tərəfdaşlığı ölkələri ərazisində işağl olunmuş ərazilərə qanunsuz səfərlər" adlı konfransda müzakirələr davam edir. 

Şuradan Mia.az-a verilən məlumata görə, konfrans Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyaya, habelə Dnestryanı bölgəyə edilən qanunsuz səfərlərə həsr olunub. Tədbirdə çıxış edənlər münaqişələrin ictimai müzakirələrə çıxarılmadığını, onlara siyasi qiymət verilmədiyini, beynəlxalq hüququn prinsip və normalarının tətbiq edilmədiyini bildiriblər.

Müzakirələrdə səslənən fikirlərlə bağlı Şura sədri Azay Quliyev yenidən çıxış edib. Azay Quliyev əvvəlcə Azərbaycan tərəfinin işğal olunmuş ərazilərlə bağlı qanun qəbul etməməsi məsələsinə toxunub. Şura sədri bildirib ki, Azərbaycan Konstitusiyasında və digər qanunlarda Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını özündə əks etdirən xüsusi müddəlar var. Bundan başqa indiyədək Azərbaycanın ərazisinin işğal faktını təsdiq edən kifayət qədər beynəlxlalq sənədlər və qətnamələr qəbul edilib. "Yəni bu baxımdan işğal haqqında xüsusi qanunun qəbuluna ciddi ehtiyac   yoxdur. Sadəcə müstəqil dövlətin qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini və BMT TŞ tərəfindən qəbul olunan qətnamələri əsas götürərək işğalçı ordunun zəpt etdiyi ərazilərdən çəkilməsini tələb etmək lazımdır. Bu şərt yerinə yetirilməlidir”.

 Azay Quliyevin toxunduğu ikinci məsələ münqaişənin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun formatı və fəaliyyəti haqda olub. Şura sədri Minsk Qrupunun fəaliyyətinin tənqid edərək bildirib ki, BMT-nin mandatı əsasında yaradılan bu missiya konkret nəticəyə nail olmayıb: "Sadəcə Ermənistanı beynəlxalq hüququn tələblərini yerinə yetirməyə çağırmaq və onu buna məcbur etmək lazımdır”.

Millət vəkili ATƏT PA-nın Sərhəd  Məsələləri üzrə xüsusi nümayəndəsi, İspaniya parlamentinin üzvü İqnasio Sançes Amorun çıxışına da toxunub. O, ATƏT təmsilçisini Azərbaycan - Ermənistan sərhəddini monitorinq etmək üçün ölkəmizə dəvət edib. Şura sədri bildirib ki, əslində işğalçılıq siyasəti nəticəsində Ermənistanla təkcə sərhəd deyil, həmdə qoşunların təmas xətti var: "Sizi Azərbaycana dəvət edirəm. Gürcüstanda olduğu kimi, Azərbaycanda da situasiya ilə özünüz tanış olun, vəziyyətin necə olduğuna şahid olun”- deyə millət vəkili fikirlərini tamamlayıb. 

 Qeyd edək ki, tədbirdə Gürcüstanın Barış və Bərabərlik məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Avropa İttifaqının Gürcüstandakı səfirinin müavini Boris Yaroşeviç,  Gürcüstan parlamentinin deputatı Giorgi Tsereteli və parlamentin ərazi bütövlüyü komitəsinin sədri Georgi Volski çıxış ediblər. Bundan başqa konfransda BMT, ATƏT və Avropa İttifaqının təmsilçiləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər, Azərbaycan, Gürcüstan və Moldovanın dövlət orqanlarının, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər.  

Tədbirdə çıxış edənlər, münaqişələrin ictimai müzakirələrə çıxarılmadığını və onlara siyasi qiymət verilmədiyini bildiriblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA