26-09-2014 [16:25]
Bu gün bütün dünyanın nəzəri
iki nöqtəyə zillənib: bir Ukrayna, bir də İraq və Suriyada güclənməkdə davam
edən İslam Dövləti (İD), əvvəlki adı ilə tanıyanlar üçün İraq və Şam İslam
Dövləti (İŞİD).
Araşdırmalar apararkən, Al-Arabiya
televiziyasının baş meneceri Abdulrahman Al-Rashedin bir sıra açıqlamalrı ilə
tanış olduqdan sonra ciddi düşünməyə vadar eolduq. ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin (MKİ) hesablamalarına görə iki il öncə İD-in sıralarında bir neçə
yüz döyüşçü olub. Bir neçə ay öncə isə onların sayı 10,000 yaxınlaşıb. Amma, sentyabr
ayı üçün MKİ etiraf etdi ki, İD döyüşçülərinin sayı üç dəfə artaraq 30,000
çatıb.
Bu, təbii ki,
həyacanlandırıcı məlumatdır. Məhz, bu kəşfiyyat məlumatlarından sonra ABŞ
Terrorla Mübarizə əleyhinə Koalisiya formalaşdırmağa başlayıb. Məsələnin
qorxulu tərəfi bundadır ki, məhz ABŞ və İngiltərə əsrilərinin başını kəsərək internetə
yerləşdirən və bu dövlətlərə müharibə elan edən kəslər elə ABŞ və İngiltərə
vətəndaşlarıdır. Onların biri təmiz Amerika ləhcəsində, o biri isə təmiz Şərqi
London ləhcəsində danışır.
Düşündürücü fakt nədən
ibarətdir? Demək olmaz ki, ABŞ və İngiltərədən Suriyaya döyüşməyə gedən bu
döyüşçülər pis həyat, ədalət axtarışı və daha yaxşı yaşamaq üçün ora gediblər.
Verilən məlumatlar onu deyir ki, Avropa və ABŞ-ı tərk edib gedənlərin maliyyə
durumları çox yaxşı olub. Əgər bu gün yaxşı və dinc həyatı atıb gedərək ölümlə
üzbəüz qalmağı göz önünə alanlar varsa, onlarla vuruşmaq çox çətindir. Onlar
inandıqları dini ideologiya uğrunda savaşır və bu yolda ölməyi şəhidlik zirvəsi
qəbul edirlər. Bu baxımdan onlar üzərində tam qələbə çalmaq gün-gündən
çətinləşməkdədir.
Ən böyük İslam hərb təşkilatı?
Hazırda İD dünyada hərbə
söykənən ən böyük islam təşkilatıdır. Onun hərbi potensialı Kuveyt ordusundan
iki dəfə böyükdür. İD maliyyə cəhətdən, gizlənmə yerlərinin çoxluğuna və
silahlarının müasirliyinə və sayına görə də regionun ən böyük terror gücüdür.
Bu ordu həm də döyüş səhnəsində ölməyi şəhidlik kimi qəbul etdiyinə və bundan
sonra da birbaşa cənnətə düşdüyünə inandığına görə dünyanın ən təhlükəli
ordusuna çevrilib. İD-nin hər bir döyüşçüsü ölməyi arzulayır. Amma, ölmədən
öncə daha çox kafiri öldürməyi Allah qarşısında müqəddəs borc bilir. Məlumatlar
var ki, bir neçə yüz döyüşçü hazır vəziyyətdə özünü partlatmaq üçün zamanını
gözləməkdədir. Kəşfiyyat məlumatları təsdiqləyir ki, bir İD döyüşçüsü 10 sıravi
əsgərə bərabərdir. Hətta, təsdiq olunmamış məlumatlar da yayılır ki, İD-nin bu
günkü gücünü müqayisə etmək üçün onu yaxşı silahlanmış və müasir silahlara
malik ABŞ ordusu ilə müqayisə etmək lazımdır. Bu faktın özü onu təsdiqləyir ki,
İD-nə qarşı aparılan müharibə heç də asan olmayacaq.
Bu yazdıqlarımızdan əlavə, "Associated Press” agentliynin yaydığı hesabat da reallığı ortaya qoyub. Hesabatda bildirilir ki, qanunsuz neft gəlirləri sayəsində İŞİD tarixin ən varlı terror təşkilatına çevrilib. Hazırda "İslam Dövləti” qruplaşması Suriya və İraq ərazisində 11 neft yatağına nəzarət edir. Bu yataqlardan hasil olunan neft avtosisternlərlə İordaniya, Türkiyə və İraqın qara bazarlarında satılır. "İslam Dövləti”nin satdığı neftin qiyməti bir barrel üçün 25 dollardan 60 dollara qədər dəyişir. Lakin, dünya bazarlarında neftin bir barrelinin qiyməti 100 dollara yaxındır. Biznes müharibə zamanlarında da öz şəxsi mənafeyini daha üstün tutub. Bu gün ABŞ onların maliyyə imkanlarını kəsmək istəsədə, həm Türkiyədə, İraqın özündə, Suriya, İordaniyada və digər region ölkələrində İD ilə hərbi və neft üzrə əməkdaşlığı edən hökumət və biznes strukturları olacaq. İstisna etmək olmaz ki, elə ABŞ və İngiltərə şirkətləri arasında da varlanmaq istəyənlər mövcuddur.
Bununla bərabər, İD işğal etdiyi ərazilərdə də kifayət qədər pul vəsaiti ələ keçirib. İyun ayının 10-da Mosul işğal olunan zaman İD şəhərin Mərkəzi Bankından 500 milyard İraq dinarı (429 milyon ABŞ dolları) ələ keçirmişdi. Əlavə olaraq, qiyməti milyonlarla ölçülən qızıl külçələr də götürülmüşdü. Hələ o zaman, İD-nin dünyanın ən varlı terrorist təşkilatı olması vurğulanmışdı.
Bu deyilənlərə əlavə olaraq "İslam Dövləti” həmçinin
soyğunçuluqdan, oğurladıqları insanların əvəzinə aldığı puldan və qul
alverindən də milyonlar qazanır.
Hava
yoxsa Quru müharibəsi
Artıq Vaşinqtonda çox gözəl
başa düşülür ki, hava zərbələri ilə İD-ni məğlubiyyətə uğratmaq mümkün deyil. ABŞ
ordusu Koalisiya qüvvələri ilə quru savaşına başladıqda isə verdiyi qurbanların
sayı birinci və ikinci İraq müharibəsində verdiyi qurbanlardan daha çox ola
bilər. Bunun üçün də, Koalisiya daha çox Kürdləri və Şiələri silahlandırmaqda
və onlara dəqiq koordinatlar verməkdə maraqlıdır. Çünki, Qərbin canlı itgilər
verməsi onlara qarşı daxili müxalifəti daha da gücləndirə bilər. Digər yandan,
ABŞ üçün 3-cü İraq müharibəsi başlamaq və bunu ictimaiyyətə qəbul etdirmək çox
çətindir. Elə buna görə də İranın İraq şiələrini silahlandırması və İD-nə qarşı
döyüşlərdə iştirak etməsi ABŞ üçün qəbulediləndir. Digər zaman olsaydı, İranın
bu addımı beynəlxalq güclər tərəfindən İraqın daxili işinə qarışmaq kimi
dəyərləndirilə bilərdi. İran prezidenti və Böyük Britaniya baş naziri arasında
keçirilən görüş də İranın Koalisiyaya qoşulması və mümkünsə quru
əməliyyatlarında iştirakını mümkün edə bilər. Yuxarıda qeyd etdiyimiz kimi,
NATO qüvvələri canlı itgilər vermək niyyətində deyillər. Amma, İran buna
hazıdır. O, bunu etməklə İranın beynəlxalq gücünü nümayiş etdirmək
niyyətindədir.
İD-ə qarşı bəzi Ərəb
ölkələri İraqa quru qoşunları göndərməyi də təklif edir. Bunu Yaxın Şərqə
səfərinin yekunları ilə əlaqədar ABŞ dövlət katibi Con Kerri də dilə
gətirmişdi. Belə görünür ki, yalnız hava zərbələri ilə İD-i məğlubiyyətə
uğratmaq mümkün görünmür. Digər tərəfdən isə, ABŞ öz əsgərlərinin İraq
səhralarında ölməsini də istəmir. Bunun üçün də Kürdlər və şiələrlə bərabər,
İD-i ilə vuruşmaq istəyən istənilən ölkəni də silahlandırmağa və hərbi yardım
göstərməyə hazırdır.
Suriya
barədə
ABŞ-ın Suriya ərazisində İD-nə
hava zərbələri endirməsi Bəşər Əsəd rejiminin maraqlarına uyğun varıantdır.
Amerika prezidenti Barak Obamanın İD ilə bağlı bütün açıqlamalarında Suriya
müxalifətinə də yardım göstəriləcəyini vurğulayır. Azad Suriya Ordusunun (ASO)
3000 üzvünün hərbi təlimlərə cəlb olunması və silahlandırılması nəzərdə tutulur.
Hərbi təlimlərə və silahlara ABŞ 500 milyon dollar pul ayırıb. Bu proses isə
bir il yarım–iki il civarında davam edən məsələdir. Belə görünür ki, Bəşər
Əsədin bir il hakimiyyətdə qalması mümkündür. ASO-nun silahlandırılması Bəşər
rejimini qane etməsədə, İD-nin Suriyadan qovulması fonunda ona vaxt qazandırır.
Bu zaman ərzində Bəşər Qərblə münasibətlərini normal hala gətirməyə çalışmaqla
bərabər, Rusiyanın da onu daha ciddi səylə müdafiə edəcəyi düşüncəsindədir.
Əlavə olaraq, İran Bəşər Əsəd rejiminə və Bəşəri müdafiə edən Livanın Hezbollah
təşkilatına ciddi hərbi və maliyyə yardımı göstərməkdədir.
Digər bir maraqlı təzad da
var. ASO-nun 3000 döyüşçüsü təlimlərdə iştirak edəcək, amma yalnız Hezbollah
təşkilatının Suriyada olan döyüşçülərini sayı 6 minə qədərdir. Onlar yaxşı
silahlanmış və yaxşı hərbi təlim görmüş, döyüş təcrübəsinə malik
hərbiçilərdir.
Azərbaycan
və İslam Dövləti
Bu məsələ çox da aktual
olmadığına görə bu barədə çox yazmağa ehtiyac da yoxdur. Amma, zaman-zaman İD
Azərbaycana da sirayət etmək üçün fikirlər səsləndirib. Kəşfiyyat
məlumatlarında İD-nin hədəfində Azərbaycanın da olması göstərilib. Azərbaycandan
yüzlərlə insan döyüşmək üçün Suriyaya gedib və İslam Dövlətinə qoşulub.
Sentyabr ayında (bir neçə gün öncə) Azərbaycana Milli Təhlükəsizlik Nazirliyi
26 nəfəri həbs edib və onların Suriyada döyüşlərdə iştirak etdiyi barədə də
kadrlar yayımlanıb.
Təbii ki, məsələ bununla
bitmir. Bəlkə də yüzlərlə azərbaycanlı Suriyada döyüşüb və qayıdıb, qalanları
isə döyüşməkdədir. Onlar Azərbaycana dönəndən sonra, burada İD-nin sözçüsünə və
gizli ordusunun nümayəndələrinə çevriləcəklər. İstənilən an, onlar bu və ya
digər məqsəd üçün istifadə oluna bilərlər. Bunun üçün də, təhlükə Azərbaycan
üçün qalmaqdadır və daha ciddi tədbirlərin görülməsi ölkənin təhlükəsizlik
konsepsiyasına daxil edilməlidir. Xüsusən, sosial şəbəkələrdə İD-ni təbliğ edən
yüzlərlə profillər var və onlar başqa adlar altında fəaliyyət göstərirlər.
Əlavə olaraq, minlərlə İD-nin öz zamanını gözləyən tərəfdarları var və hər
zaman göstəriş gəldiyi zaman hərəkətə keçə bilərlər.
Bu gün Azərbaycanda bir
çoxlarını düşündürən məsələ həm də Azərbaycanın İD-nə qarşı formalaşdırılan
Anti-terror Koalisiyasına ABŞ tərəfindən dəvət olunub olunmaması məsələsidir.
Azərbaycan iqtidarı İD üzvlərini həbs etməklə, dəvət olduğu təqdirdə
Koalisiyaya qoşulacağı mesajını göndərmiş oldu. Lakin, ABŞ tələsmir. Məsələ
burasındadır ki, Azərbaycan son zamanlar insan hüquqları və demokratiya
barəsində ciddi tənqid olunmaqdadır. ABŞ prezidenti Barak Obamanın "Klintonun
Qlobal Təşəbbüsü” konfransındakı çıxışında birbaşa Azərbaycanı hədəf alması bu
dəvətin reallaşmayacağından xəbər verir. ABŞ və NATO üzvlərinin İD-ni vurmaq
üçün dəstək aldığı kifayət qədər müsəlman ölkəsi var və Azərbaycana ciddi
ehtiyac duyulmur.
Nələr ola
bilər?
Belə görünür ki, Suriyada
vəziyyət İraqdakından daha çətin olacaq. Çünki, Kürd Pəşmərgə qüvvələri, bir
sıra potensial Ərəb dövlətlərinin qoşunları və hətta İran quru əməliyyatlarında
İraq ordusuna İD-nin ölkədən tam qovulmasına qədər tam dəstək verəcəyi kimi
görünür. Amma, Suriyada Koalisiya qüvvələrinin quru qoşunlarının əməliyyat
aparması hələ ki, real görünmür. Bunun üçün də İD-nin Suriyada Bəşər Əsəd qədər
ömrünün olacağı mümkündür.
Qərb başqa bir yolu da
sınaqdan keçirə bilər. Çünki, ABŞ prezidenti bəyan edib ki, İD heç bir yerdə
təhlükəsiz yaşaya bilməyəcək və onlar bütün dünyada ovlanacaq. Suriyada ABŞ-ın
yalnız hava zərbələri ilə İD-ni məğlub etməsi mümkün deyil, Bəşər Əsədin
qüvvələrinin quru əməliyyatlarına dəstək də verilməsi qəbuledilməzdir və bu Bəşər
rejiminin ömrünü uzadardı. Koalisiya qüvvələrinə isə Rusiya və Çin Suriya
ərazisinə girməyə imkan tanımır.
Belə olan halda, ABŞ və
müttəfiqləri nə barədə razılığa gələ bilərlər? Bəşər Əsədin hakimiyyətdən
uzaqlaşdırılması və yeni hökümətin ABŞ və müttəfiqlərini ölkəyə dəvət etməsi.
Bu zaman Rusiya və Çinin edəcəyi bir imkan qalmamaqdadır. Vacib olan məsələ
İranın Bəşər Əsədin arxasından geri çəkilməsinə nail olmaqdır. Bəlkə də 1979-cu
ildən bəri ilk dəfə Böyük Britaniyanın baş naziri David Kameron və İran
prezidenti Həsən Ruhani arasında Nyu Yorkda baş tutan tarixi görüş də buna
hesablanıb...
Mia.az
TEHRANIN ABŞ-a MÜQAVİMƏT DİRƏNİŞİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyada bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu