“Qalatasaray”ın baş məşqçsi: “Bizə böyük bir xəyanət edilir” - Komandanın oyun planını kim "satır?"

“Qalatasaray”ın baş məşqçsi: “Bizə böyük bir xəyanət edilir” - Komandanın oyun planını kim \"satır?\"

İDMAN

Bugün, 09:06

Türkiyə Super Liqasının 27-ci turunun təxirə salınmış matçında “Göztepe”ni səfərdə 3-1 hesabı ilə məğlub edən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk oyundan sonra jurnalistlərə maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, klublarına qarşı “müəyyən çevrələr” tərəfindən təxribat törədilməsindən, "oyun planları"nın satılmasından söz açıb: “Həqiqətən də “Qalatasaray” komandasına qarşı böyük bir xəyanət edilir. Burada jurnalistikaya hörmət edirəm, amma demək istərdim ki, hər həftə gizli saxladığımız heyətin mediaya sızdırılması “Qalatasaray” komandasına qarşı bir təxribat, xəyanətdir. Bəli, bizə qarşı böyük bir xəyanət edilir. Bəzən komandanın içindəki oyunçuları da günahlandırmağa çalışırlar. Məsələn, Metehanın adı burada tez-tez hallanır. Metehan 3-4 aydır ki, orada deyil, amma heyətlərimiz üzə çıxır. Son matçın heyətini sızdıran, bunu daxildən alan şəxslə bağlı ciddi tədbirlər görəcəyik. Bunu oyunçularla daxildə müzakirə edəcəyik. Kimin bizə xəyanət etdiyini, kimin daxildə komandaya xəyanət etdiyini aşkar etməli və bunun qarşısını almaq üçün tədbirlər görməliyik”.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR