Opera və Balet Teatrında qalmaqal: nə baş verir? - Açıqlama
MƏDƏNİYYƏT
08.04.2026, 17:12
Akademik Opera və Balet Teatrı son günlər baş verənlərlə bağlı açıqlama yayıb.
Mia.az xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər nəzərə alınmaqla qəbul edilib:
“Xalq artisti Əvəz Abdullayev Azərbaycanı xaricdə layiqli şəkildə təmsil edən sənətçilərdən biridir. Daimi yaşayış yeri Almaniyadır. Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, bu kimi hallarda əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Eyni zamanda vurğulamaq istərdik ki, Əvəz Abdullayevin sənətinə və peşəkar yaradıcılığına yüksək qiymət verilir və onun gələcək fəaliyyətində yeni uğurlara imza atacağına inam ifadə olunur. Onun Almaniyada işlədiyi “Nationaltheater Mannheim” teatrında Azərbaycanı layiqincə təmsil etməyinə əminliyimizi vurğulayırıq”.
Teatrdan Xalq artisti Yalçın Adıgözəlov haqqında qeyd edilib ki, o, yüksək peşəkarlığı və sənətinə verdiyi töhfələrlə seçilən, böyük hörmət bəslənilən sənətkardır:
“O, Niyazı adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilmişdir. Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur”.
Bundan başqa qeyd edilib ki, teatrın solisti Atəş Qarayevə münasibətdə isə teatr tərəfindən müxtəlif dövrlərdə həm səmərəli yaradıcılıq fəaliyyəti, xüsusilə də 44 günlük Qarabağ müharibəsi veteranı olmağı aspektindən böyük həssaslıqla yanaşılmış və daim müvafiq dəstək göstərilib. O cümlədən, Avstriyada, Qazaxıstanda, Rusiyada təşkil olunan müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə iştirakı üçün hər cür zəruri dəstək göstərilib.
“Bununla yanaşı, əmək intizamı ilə bağlı teatrda son dövrlər ciddi islahatlar aparılmaqdadır. Keçirilən yoxlamalar nəticəsində məlum olmuşdur ki, 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız 4 gün işdə olmuş, 2026-cı ilin yanvar ayında işdə ümumiyyətlə olmamış, fevral ayında isə 24 iş günündən 11 gün işdə olmuşdur. Bu səbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra, əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunaraq əməkhaqqında müvafiq tutulma aparılıb.
Daha sonra xatırlarmaq istəyirik ki, bu ilin yanvar ayında Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyeras baş tutmuşdur. Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilmişdir.Azərbaycan yaradıcı kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilmişdir. Qastrol çərçivəsində heyətin aviabiletlərinin alınması, yerləşdirilməsi və qidalanma qarşı tərəfdən ödənildiyi səbəbilə ayrıca ezamiyyə xərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb.
Qonorar ödənişləri ilə bağlı bildiririk ki, qarşı tərəfdən müvafiq maliyyə vəsaitləri köçürüldükdən sonra ödənişlər qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddət - 60 iş günü ərzində həyata keçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədən məlumatlandırılmışdır. Diqqətinizə çatdırmaq istəyirik ki, bu ödənişlər artıq gerçəkləşdirilib. Teatr rəhbərliyi olaraq əsas prioritetlərimizdən biri teatr kollektivinin həm peşəkar inkişafının, həm də maddi-sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə beynəlxalq layihələrdə iştirakın genişləndirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi və yaradıcı heyətin sosial təminatının, rifahının daha da gücləndirilməsi qarşımıza əsas hədəf kimi qoyulub”.
Teatrın cavabında sənət ocağının əsas səhnəsində yenilənmə işlərinin davam etməsinə baxmayaraq, kollektiv yaradıcılıq fəaliyyətini fasiləsiz şəkildə davam etdirildiyinə də diqqət çəkilib:
"Belə ki, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası yeni quruluşda təqdim olunub, "Koroğlu" operası bərpa edilib. İlk dəfə səhnələşdirilən musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan "Nəsimi" operası sənətsevərlər üçün əlamətdar bir hadisəyə çevrilib. İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan "Opera günləri", eləcə də "Balet günləri" təşkil olunub. 2026-cı ilin mart ayı üzrə ölkənin əksər bölgələrinə qastrol proqramı, o cümlədən Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edib, martın 28-də Mingəçevirdə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettası nümayiş etdirilib. Bununla yanaşı, teatr tərəfindən Cüzeppe Verdinin "Aida" operasının təqdimatı olub".
Məlumatda qeyd edilib ki, teatrın maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, müasir tələblərə cavab verən yeni avadanlıq və musiqi alətləri ilə təmin edilib:
“Dövlət-özəl, tərəfdaşlıq prinsipləri, habelə sponsorluq əsasında texniki imkanların genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılıb. Teatr tərəfindən əməkdaşlarla bağlı qərarlar mövcud qanunvericilik, təşkilati zərurətlər və peşəkar fəaliyyət meyarları əsasında qəbul edilir. Teatrın fəaliyyəti şəffafdır və həyata keçirilən layihələr, tamaşalar və beynəlxalq əməkdaşlıqlar ictimaiyyət üçün açıq mənbələrdə öz əksini tapır. Mövcud faktlar və konkret nəticələr aydın şəkildə göstərir ki, kollektivin fəaliyyəti sistemli və davamlı inkişaf xətti üzrə həyata keçirilir. Bu kontekstdə ayrı-ayrı subyektiv yanaşmalar və spekulyativ fikirlər obyektiv reallığı əks etdirmir və ümumi mənzərə yalnız rəsmi məlumatlar və əldə olunan nəticələr əsasında qiymətləndirilməlidir".
Açıqlamada kollektiv daxilində əmək münasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları, intizam tədbirləri və digər təşkilati proseslər baş verə biləcəyi də vurğulanıb:
“Bu kimi məsələlərin hamısı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə, müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilir və müvafiq qaydada, sivil və hüquqi çərçivədə həll olunur.
Son olaraq bildiririk ki, Azərbaycan teatrının çoxşaxəli layihələrinin həyata keçirilməsi, gənc nəslin bu sahəyə davamlı şəkildə cəlb olunması, yeni tamaşaların hazırlanması və bilet satışlarının artması Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keyfiyyət yönümlü institusional dəyişikliklərin baş verdiyini göstərir. Bu dinamika, öz növbəsində, tamaşaçı marağının və məmnuniyyət səviyyəsinin yüksəlməsinə xidmət edir"(qafqazinfo).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
NATO-nun Baş katibi: “Ankara sammitini səbirsizliklə gözləyirəm”
Bugün, 00:26 DÜNYA
-
Rusiya XİN ABŞ-ı ittiham edir: "BMT qətnaməsi olmadan bunu etmək olmaz"
Bugün, 00:11 DÜNYA
-
Kərkükdə 100 il sonra bir ilk – Türkəsilli şəxs rəhbər seçildi
Bugün, 00:09 SİYASƏT
-
İsrail Livanın cənubunda əməliyyat keçirib – Ölən və yaralananlar var
Bugün, 00:05 DÜNYA
-
“İslamabada gedə bilərəm, razılaşmaq üzrəyik” – Trampdan İranla bağlı mühüm açıqlamalar
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Lionel Messi 75 illik klubu satın aldı
16.04.2026, 23:10 İDMAN
-
Pakistanın Baş naziri İstanbula gəlib
16.04.2026, 21:32 GÜNDƏM
-
İsrail və Livan razılaşdı - 10 günlük atəşkəs
16.04.2026, 21:14 GÜNDƏM
-
Ermənistan parlamentinin spikeri İstanbulda: "Azərbaycanla sülh möhkəmlənib"
16.04.2026, 20:40 SİYASƏT
-
"At gücü" sənədli filminin təqdimatı keçirilib
16.04.2026, 19:41 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev: "Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir və..."
16.04.2026, 18:25 GÜNDƏM
-
İcra Hakimiyyətində kadr dəyişikliyi olub
16.04.2026, 18:05 CƏMİYYƏT
-
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
16.04.2026, 18:02 KRİMİNAL
-
Türkiyə yeni komando birlikləri yaradır: "Daha çevik, daha sürətli..."
16.04.2026, 17:38 GÜNDƏM
-
Azərbaycan və Rusiya Hökumətlərarası Dövlət Komissiyası toplandı - Zəngilanda nələr müzakirə olunub? (YENİLƏNİB)
16.04.2026, 17:15 GÜNDƏM
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb
16.04.2026, 17:10 İQTİSADİYYAT
-
Müslüm Cabbarzadə nazir müavini təyin olunub - Sərəncam
16.04.2026, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.04.2026, 17:00 İQTİSADİYYAT
-
Ermənistandan Azərbaycana nə gəlir? - Gömrükdən açıqlama
16.04.2026, 16:54 İQTİSADİYYAT
-
Onlara vəzifələr verildi - Agentlikdə yeni təyinatlar + FOTO
16.04.2026, 16:36 CƏMİYYƏT
-
İnsan niyə pis hadisələri daha tez xatırlayır? - Psixoloq Vüsalə Rüstəmdən açıqlamalar
16.04.2026, 16:25 CƏMİYYƏT
-
Sahibə Qafarova Matviyenko ilə görüşdü - İstanbulda
16.04.2026, 16:22 SİYASƏT
-
"Azərkosmos"la bağlı qərar verildi
16.04.2026, 16:07 İQTİSADİYYAT
-
Ərdoğan Matviyenkonu qəbul etdi – Türkiyədə + FOTO
16.04.2026, 15:55 GÜNDƏM
-
“Sumqayıt”da radikal qərar: futbolçuların maaşı kəsildi
16.04.2026, 15:49 İDMAN
-
ABŞ SURİYADAN RƏSMƏN ÇƏKİLDİ – Son hərbi baza da İraqa köçürüldü
16.04.2026, 15:35 GÜNDƏM
-
“Space”in icraçı direktoru aparıcıya elə cavab verdi ki... - "Nə olsun ki, şəhid qızısan?”
16.04.2026, 15:27 PRESS
-
Azərbaycan Rusiya ilə yeni sənədlər imzalayıb
16.04.2026, 15:24 GÜNDƏM
-
Deputata "Şöhrət" ordeni verildi - Sərəncam
16.04.2026, 15:22 GÜNDƏM
-
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
16.04.2026, 15:02 SİYASƏT
-
İlham Əliyev və birinci xanım Türkiyədə - FOTOLAR
16.04.2026, 14:54 GÜNDƏM
-
Məşhur aktrisa ifşa oldu: günü 7500 manata fahişəlik, yoxsa… - Mesajlar yayıldı
16.04.2026, 14:40 ŞOU-BİZNES
-
May ayında neçə gün iş olmayacaq?
16.04.2026, 14:28 CƏMİYYƏT