"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub - FOTOLAR

\"Nar\" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub - FOTOLAR

CƏMİYYƏT

Bugün, 17:05

ərfəli mobil operator "Nar" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" MMC -nin təşkilatçılığı ilə keçirilən "İmkanlar hər kəs üçün" layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün nəzərdə tutulan təcrübə proqramına ev sahibliyi edir. Proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını dəstəkləmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir. Layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində keçirilir. Bu ay davam edəcək proqramda iştirakçılar "Nar"ın müxtəlif departamentlərində təcrübə keçirlər. Ümumilikdə 30 nəfərdən ibarət iştirakçı qrupu real iş mühiti ilə tanış olur, gündəlik iş proseslərində iştirak edir və praktiki biliklərini inkişaf etdirir. "Nar" sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə xüsusi önəm verir. Şirkət müxtəlif bacarıqlara və fərqli həyat təcrübələrinə malik şəxslər üçün əlçatan və bərabər imkanlar yaradan iş mühitinin formalaşdırılmasını prioritet hesab edir. Bu cür təşəbbüslərlə mobil operator həm inklüziv korporativ mədəniyyətin inkişafına, həm də cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına töhfə verməyə davam edir. "Nar"ın həyata keçirdiyi digər sosial layihələr haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür. Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR