Cənub zonasında zəlzələ olub

Cənub zonasında zəlzələ olub

GÜNDƏM

Bugün, 14:58

Bu gün ökənin cənub zonasında zəlzələ olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yeraltı təkanlar ölkənin cənub rayonlarında 3-4 bal hiss olunub.

“Aprelin 8-də yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - məlumatda bildirilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR