Vəkillər Kollegiyasından bir vəkil xaric olunub - Açıqlama

Vəkillər Kollegiyasından bir vəkil xaric olunub - Açıqlama

CƏMİYYƏT

Bugün, 14:19

Vəkillər Kollegiyasından bir vəkil xaric olunub.

Mia.az xəbər verir ki, bu barədə  Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar verilib.

Bildirilib ki, iclasın gündəliyinə uyğun olaraq bəzi vəkillərin öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, daimi dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, müəyyən müddətə üzvlük haqqından azad olunması və mövcud borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb. Həmçinin iclasda bəzi vəkillərin vəkil kabineti yaratmaları, vəkil kabinetinin fəaliyyət göstərdiyi ünvanının dəyişilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Qəbul edilmiş qərarlara əsasən yol verilmiş intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib və 1 vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR