AzE Estetik Mərkəzin direktoru məhkəmə zalında qandallandı - Ülviyyə İlyasova nədə ittiham olunur?
KRİMİNAL
Bugün, 13:22
Bakıda qaynının arvadını estetik əməliyyat edərək onun ölümünə səbəb olmaqda ittiham edilən həkim – “AzE Estetik Mərkəz”in direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə proses keçirilib.
Mia.az Oxu.Az-a istinadla xəbər verir ki, hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda müttəhimin barəsindəki həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib.
Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub.
Növbəti iclas mayın 9-na təyin edilib.
Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb.
Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynının həyat yoldaşı (eltisi) Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib. Daha sonra onu yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.
Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.
Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İş üzrə Ülviyyə İlyasovanın barəsində Yasamal Rayon Məhkəməsinin qərarından hər üç tərəf -zərərçəkən, cavabdeh və ittiham tərəfi şikayət veriblər. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.
Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi.
Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin müraciəti təmin edilib: Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək yenidən baxılması ucun həmin instansiyaya göndərilib.
Zərərçəkən tərəf Ülviyyə İlyasovanın cəzasının ağırlaşdırılması tələbi ilə çıxış edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
SEBAH-dan xəbərdarlıq: “İstənilən hücuma çevik və daha sərt cavab verəcəyik”
Bugün, 16:36 GÜNDƏM
-
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Bugün, 16:20 İQTİSADİYYAT
-
Rayonlarda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bugün, 16:09 CƏMİYYƏT
-
Sədr müavinliyindən çıxarıldı, nazirin müşaviri təyin eidldi
Bugün, 16:01 İQTİSADİYYAT
-
Milli Məclisinin İnsan hüquqları komitəsində slovakiyalı Ombudsmanla görüş keçirilib - FOTOLAR
Bugün, 15:58 SİYASƏT
-
Tramp İranla razılaşmanın gizlinlərini açıqladı: "Sanksiyaların ləğvi..."
Bugün, 15:46 DÜNYA
-
Vəzifəli şəxsin sürücüsü qəza törədib
Bugün, 15:36 KRİMİNAL
-
İsrail ordusu Beyruta ağır zərbələr endirir
Bugün, 15:26 GÜNDƏM
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bugün, 15:16 GÜNDƏM
-
İrana məxus adalarda sirli partlayışlar… - Neft emalı zavodları vurulub (Yenilənib)
Bugün, 15:10 GÜNDƏM
-
Cənub zonasında zəlzələ olub
Bugün, 14:58 GÜNDƏM
-
Hakan Fidan İran XİN başçısı ilə zəngləşdi
Bugün, 14:57 DÜNYA
-
Ali Məhkəmə daha bir mübahisəli iş üzrə vahid qərar qəbul edib - Detallar
Bugün, 14:24 KRİMİNAL
-
Vəkillər Kollegiyasından bir vəkil xaric olunub - Açıqlama
Bugün, 14:19 CƏMİYYƏT
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bugün, 14:16 GÜNDƏM
-
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub - Anar Kərimova vəzifə verildi
Bugün, 14:05 İQTİSADİYYAT
-
TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi - Prezidentin köməkçisi sədr oldu, onlar isə... (SİYAHI)
Bugün, 14:04 GÜNDƏM
-
Konfrans Liqası: sabah 4 oyuna sart veriləcək
Bugün, 13:29 İDMAN
-
AzE Estetik Mərkəzin direktoru məhkəmə zalında qandallandı - Ülviyyə İlyasova nədə ittiham olunur?
Bugün, 13:22 KRİMİNAL
-
Xəzərdə zəlzələ oldu - 5.3 maqnitudalı
Bugün, 13:20 GÜNDƏM
-
Sabiq deputat komitə sədrinə "Bəlkə qrant müsabiqəsi elan edəsiniz?” replikasını atdı, belə cavab aldı...
Bugün, 13:06 MÜSAHİBƏ
-
7 epizod üzrə ittiham olunan keçmiş rəis... - Nə qədər rüşvət alıb?
Bugün, 12:58 CƏMİYYƏT
-
Kinematoqrafçılar İttifaqının qurultayı keçiriləcək - Bu tarixdə
Bugün, 12:56 MƏDƏNİYYƏT
-
Muhsin Şentürk Azərbaycan Ali Məhkəməsində olub - FOTOLAR
Bugün, 12:48 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
TRAMP QORXDU? - Şahin Cəfərli yazır
Bugün, 12:29 SİYASƏT
-
Şirvanda kütləvi zəhərlənmə olub (Yenilənib)
Bugün, 12:07 GÜNDƏM
-
“BU, BİZİM TAM ZƏFƏRİMİZDİR” – ABŞ prezidentindən İranla bağlı daha bir bəyanat
Bugün, 11:59 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub - 4 bal gücündə
Bugün, 11:47 GÜNDƏM
-
HƏKİMLƏRİN MAAŞI NİYƏ AZALIR? - “Bizə deyilir ki, guya son 2 ildə artıq maaş almışıq və..."
Bugün, 11:38 CƏMİYYƏT
-
Prezident qazaxıstanlı nazirləri qəbul etdi - Müzakirə + FOTOLAR
Bugün, 11:30 GÜNDƏM
-
YAP-ın keçmiş təşkilat sədri hakimin suallarını cavablandırıb: "Votsap qrupu var idi, qrupun admini TƏBİB-in mütəxəssisi idi"
Bugün, 11:11 SİYASƏT
-
"Təşəbbüsləri dəstəkləməyə hazırıq" - Rəsmi Bakıdan ABŞ-İran anlaşmasına reaksiya
Bugün, 11:04 SİYASƏT