Mirça Luçesku 80 yaşında vəfat etdi

Mirça Luçesku 80 yaşında vəfat etdi

İDMAN

07.04.2026, 23:07

Türkiyə millisi ilə DÇ-2026-ya vəsiqə uğrunda matçdan bir neçə gün sonra infarkt keçirən rumıniyalı 80 yaşlı məşhur məşqçi Mirça Luçesku bu gün az əvvəl vəfat edib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Mirça Luçeskunun vəfat xəbəriylə bağlı vaxtı ilə sükanı arxasında olduğu klublar, o cümlədən “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” klubları da vida mesajı yayıblar. 

Qeyd edək ki, Mirça Luçesku "Qalatasaray"la UEFA Super Kubokunu, "Şaxtyor Donetsk"lə UEFA Kubokunu qazanıb.

Dünya futbolunun əfsanəvi simalarından biri olan Luçesku  həm "Beşiktaş", həm də "Qalatasaray"la çempionluq qazanaraq Türkiyə futbolunda  silinməz izlər buraxıb.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR