Bakıda həbsxanada yanğın olub

Bakıda həbsxanada yanğın olub

KRİMİNAL

Bugün, 20:29

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.

Mia.az xəbər verir ki, bu barədə Ədliyyə və Fövqəladə Hallar Nazirlikləri birgə məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində zəruri addımlar atılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR