Erotik reklam qadağan edildi - Video

img

26-09-2014 [12:20]


Vyetnamın "VietJet Air" aviaşirkətinin yeni reklam kampaniyası ölkə telekanallarında yasaqlanıb. Qalmaqallı aksiya üçün hazırlanmış videokliplə posterlərin nümayişinin dayandırılmasına qərar verilib.

"Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, aviaşirkətin yeni reklam kampaniyasında yarıçılpaq stüardessalar təyyarə salonunda bikinidə dolaşaraq potensial müştəriləri "VietJet Air"in xidmətlərindən yararlanmağa dəvət edirdilər. Fotoları çəkilişlərdə iştirak etmiş model Nqok Trin Facebook-dakı profilində yerləşdirmişdi. Fotoçəkilişdən bəzi kadrlar sosial şəbəkələrdə yayılandan sonra qalmaqal qopub.
Vyetnamlılar bu "biabırçı, əxlaqsız reklam"ın yasaqlanmasını tələb etmişdilər. "VietJet Air"in inkişaf departamentinin rəhbəri Vu Fam Nquen Tun üzr istəyib: "Bu fotolar hazırlıq versiyası idi və onlardan reklam kampaniyasında istifadə etmək niyyətində deyildik".


Digər xəbərlər
SON XƏBƏRLƏR