Müsavat qurultayının keçiriləcəyi yer və başlanma vaxtı açıqlandı

img

25-09-2014 [17:04]


Müsavat Partiyasının VIII Qurultayı 27 sentyabr 2014-cü il tarixində Bakışəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 26 ünvanında yerləşən SəttarBəhlulzadə adına Mədəniyyət sarayında keçiriləcək.

Müsavat Partiyasından musavat.com-a verilən məlumata görə, qurultay nümayəndələrinin qeydə alınması saat 09.00-dan başlayır, qurultayınaçılışı saat 11.00-a müəyyənləşdirilib.

Qurultayın işini işıqlandırmaq istəyən KİV nümayəndələrinin də saat 11.00-a qədərqeydiyyatdan keçmələri zəruridir.

Səttar Bəhlulzadə adına Mədəniyyət sarayına metronun "Nərimanov”stansiyasından başlayaraq "Koroğlu” (keçmiş "Əzizbəyov”) stansiyasından keçən 184saylı marşrutla Əmircan qəsəbəsində Məhkəmənin yanındakı dayanacaqda düşməkşərtilə, metronun "Qara Qarayev” stansiyasından 113 saylı marşrut avtobusu iləSuraxanı rayon Polis İdarəsinin yanındakı dayanacağa qədər gəlmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA