Xarici İşlər Nazirliyi məlumat yayıb
SİYASƏT
02.04.2026, 17:12
Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə yekdilliklə qəbul edilib.
Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən qətnaməyə əsas həmmüəllif ölkələr olan Türkiyə, Gürcüstan, Ekvador, Keniya, Malayziya və Tailand ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlər, Birləşmiş Krallıq, Kanada, Yaponiya, Avstraliya, Braziliya, Efiopiya eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən bir sıra digər dövlətlər milli qisimdə, həmçinin İslam Əməkdaşlıq Təşkilatı dövlətləri qrup şəklində həmmüəllif kimi qoşulublar:
"Qətnamənin irəli sürülməsində məqsəd Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş "ASAN Xidmət" konsepsiyasına əsaslanan "dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması" prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.
Qəbul edilmiş qətnamə səmərəli dövlət xidmətlərinin bütün insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Davamlı İnkişaf Gündəliyinin həyata keçirilməsində əhəmiyyətini vurğulayır."
Açıqlamada deyilib ki, qətnamədə rəqəmsal texnologiyaların, həmçinin süni intellekt sistemlərinin korrupsiyanın qarşısının alınmasında və onunla mübarizədə oynadığı mühüm rola, hər kəsə dövlət xidmətlərinin bərabər çatdırılmasına, həmçinin təbii fəlakətlərə hazırlıq, cavab tədbirlərivə bərpa işləri kontekstində dövlət xidmətlərinin əhəmiyyəti məsələlərinə diqqət ayrılır: "Qətnamə 2015-ci ildə "ASAN Xidmət"in təltif edildiyi "BMT-nin Dövlət Xidmətləri Mükafatı"nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır".
Sözügedən sənəddə həmçinin İnsan Hüquqları Şurasının 65-ci sessiyasında fəlakətlərə hazırlıq, cavab tədbirləri və bərpa kontekstləri də daxil olmaqla dövlət xidmətlərinin çatdırılmasının insan hüquqlarının təşviqi və qorunmasında, həmçinin Davamlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu mövzusunda panel müzakirəsinin keçirilməsi qərara alınır: "Azərbaycanın təşəbbüsü ilə daha öncə 2018 və 2023-cü illərdə BMT-nin İnsan Hüquqları Şurasında konsensusla qəbul edilmiş 37/7 və 52/8 nömrəli eyniadlı qətnamələrin əsasında irəli sürülmüş cari qətnamənin yekdilliklə qəbul edilməsi və ona çox sayda dövlətlərin həm-müəllif qismində qoşulması, Azərbaycanın dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılmasısahəsində müsbət təcrübəsinə və bu sahədə beynəlxalq müstəvidə öncül roluna beynəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin bariz göstəricisidir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İranın Ali dini lideri Körfəz ölkələrini hədələyib
Bugün, 18:21 DÜNYA
-
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - Mayın 3-dən + SİYAHI
Bugün, 18:06 CƏMİYYƏT
-
Aprelin 5-dəki buraxılış imtahanının nəticələri elan olunub - 8 nəfər 300 bal toplayıb
Bugün, 17:52 GÜNDƏM
-
Səxavət Məmmədzadə Naxçıvan Xəstəxanasının direktoru təyin olundu
Bugün, 17:51 CƏMİYYƏT
-
Prezidentin köməkçisindən Avropa Parlamentinin qərarına - REKASİYA
Bugün, 17:33 SİYASƏT
-
Ceyhun Bayramov Abbas Əraqçi ilə telefonla danışıb
Bugün, 17:21 SİYASƏT
-
Saleh Məmmədov getdi, Vüsal Nəsirli gəldi - Ara yerdə idmançılar maaşsız qaldı
Bugün, 17:16 İDMAN
-
Rəsmi Tehran ABŞ-a yeni təklif göndərdi – Pakistan vasitəsiylə
Bugün, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyev ailəsi ilə şəhərdə açılışda- FOTOLAR
Bugün, 16:53 GÜNDƏM
-
Bankların adından kiberdələduzluq... - İki nəfər saxlanılıb
Bugün, 16:30 KRİMİNAL
-
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilib (Yenilənib)
Bugün, 16:29 PRESS
-
İngilislər “Fənərbağça”nın futbolçusuna elçi düşüb – 18 milyonluq bazarlıq davam edir
Bugün, 16:21 İDMAN
-
"Bu, dezinformasiyadır” - DİN xəstələrin qaçma xəbərini yalanladı
Bugün, 16:13 CƏMİYYƏT
-
"Onkologiya"dakı partlayışda ağır xəsarət alan həkim haqda xəbərə reaksiya: “O, ölməyib"
Bugün, 16:06 CƏMİYYƏT
-
Türkiyə və İran XİN başçıları müzakirə apardı
Bugün, 15:30 DÜNYA
-
Hikmət Hacıyev: "Azərbaycan bütün qonşularla dostluq münasibətləri qurub"
Bugün, 15:15 SİYASƏT
-
RƏSMİ BAKI AVROPA İLƏ ƏLAQƏLƏRİNİ NİYƏ KƏSDİ? - TƏHLİL
Bugün, 15:10 SİYASƏT
-
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında - FOTOLAR
Bugün, 14:59 SİYASƏT
-
Azercell bütün qadınları “Minlərlə ilmə, bir güc” təşəbbüsünə qoşulmağa dəvət edir
Bugün, 14:54 CƏMİYYƏT
-
Sabirabadda Kür çayı məcrasından çıxıb
Bugün, 14:45 CƏMİYYƏT
-
Türk kriminal liderin "Cəhənnəm Mələkləri": daha 780 milyonluq aktiv müsadirə olundu
Bugün, 14:29 KRİMİNAL
-
İstanbulda 1 May mitinqi dağıdıldı, həbslər var – FOTOLAR
Bugün, 14:21 SİYASƏT
-
"Yol hərəkəti haqqında" qanun dəyişdi - Prokurorluq orqanlarının maşınları ilə bağlı
Bugün, 14:07 CƏMİYYƏT
-
““ULDUZ”LU GÖRÜŞLƏR”: budəfəki qonaq yazıçı-publisist Təranə Vahid olub - FOTOLAR
Bugün, 13:59 PRESS
-
GÖMRÜK XİDMƏTİNƏ ƏLAVƏ SƏLAHİYYƏT VERİLİR - Yeni qanun
Bugün, 13:57 İQTİSADİYYAT
-
Milli Məclis hərbi xidmətlə bağlı qanunlara dəyişiklik etdi - DETALLAR
Bugün, 13:37 GÜNDƏM
-
Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan... - Hikmət Hacıyevin səfirlə görüşü yeni geosiyasi formatla əlaqəlidir? (TƏHLİL)
Bugün, 13:08 SİYASƏT
-
Müsəllim Həsənov: "Sizdən Ulu Tanrıya şikayət edəcəyəm!" - MÜSAHİBƏ
Bugün, 12:53 SİYASƏT
-
Daha bir vəkilə töhmət verilib - İki vəkilə isə xəbərdarlıq olunub
Bugün, 12:51 CƏMİYYƏT
-
Prezident Ədalət Fərəcovu təltif etdi - Sərəncam
Bugün, 12:47 GÜNDƏM
-
İrandan Azərbaycana 55 kq narkotik keçirmək istəyiblər
Bugün, 12:43 KRİMİNAL
-
Aktların məcburi icrası... - Deputatlar yeni qanuna "hə" dedi
Bugün, 12:41 CƏMİYYƏT
-
KTİN-in keçmiş mətbuat katibinə bu qurumda vəzifə verildi
Bugün, 12:34 PRESS