Niyaməddin Orduxanlı: "İsa Qəmbər Azərbaycan siyasi tarixinə qovuşmaq üzrədir"

img

25-09-2014 [16:49]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib ki, Müsavat başqanı haqqında deyilənlər həqiqəti əks etdirir: "İsa Qəmbər Azərbaycan siyasi tarixinə qovuşmaq üzrədir. O məğlub insan kimi xarakterizə olunur. Mən həm də İsa Qəmbəri Əbülfəz Elçibəy hakmiyyətini parçalayan və onun hakmiyyətdən getməsində böyük rol oynayan şəxs kimi tanıyıram. İsa Qəmbər həm də tarixə Elçibəyə prezident seçkilərində güzəştə getməyən şəxs kimi düşüb. 1998-ci ildə Əbülfəz bəyin vahid namizəd olmasına razılıq verməmişdi. Görünür, İsa Qəmbər onu ölkədə spiker edən adama razılıq verməməsinin daha ciddi səbəbləri olub. Bu da onun gördüyü işlərdən biridir. 22 ildir bu adam məğlub durumdadır. 2003 cü ildə İlham Əliyevə açıq şəkildə məğlub olub. İsa Qəmbər həm də tarixə İlham Əliyevə məğlub olmuş bir siyasətçi kimi düşdü. Qurultayda kimin seçilməsindən aslı olmayaraq Müsavatda parçalanma qaçılmaz olacaq. Bu partiyanı İsa Qəmbər yaratmışdı. Azərbaycan siyasətində belə bir ənənə var. Kim partiyanı qurubsa, ondan sonra partiya yaşamır. AMİP nümünəsi kimi".
Rəsul Quliyevin Milli Şura barədə səsləndirdiyi firikləri bölüşdüyünü vurğulayıb. Onun sızlərinə görə, Milli Şuranı Rusiya yaratmışdı, Rüstəm İbrahimbəyovu da Rusiya təlimatlandırıdı: "2013-cü ildə prezident seçkilərində Rusiya bunu yaratmaqla, Azərbaycan hakmiyyətinə təzyiq etmək niyyətində idi. Həm də cəmiyyətin nəbzini yoxlamaq istəyirdilər. Rusiya sonda gördü ki, bütün radikalları bir araya gətirsə də, öz istəyinə çata bilməyəcək. Bundan sonra Rüstəm İbrahimbəyova kinosunu çəkməyi məsləhət bildi. Milli Şuranı Rusiya çoxdan dağıdıb. İndi bunun quru adı qalıb. Əli Kərimli də bu addan istifadə edir. Belə demək mümkündürsə, mənasız bir qurumdur. Əli Kərimli öz partiyasının üzvülərini Milli Şuraya üzv etməklə məşğuldur. Kimə lazımdır bu qurum? Cəmil Həsənli də özünü Əli Kərimlinin şöbə müdüri kimi aparır. Rusiya geri çəkiləndən sonra İsa Qəmbərlə Əli Kərimlinin düşmənçilik siyasəti davam etməkdədir. Çünki 20 ildən artıqdır ki, bu adamlar bir-birinə nifrət edirlər. Qısaca, bu düşərgə barədə bunları demək olar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA