Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir

img

25-09-2014 [16:24]


Şəki İstintaq Təcridxanasında saxlanılan Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədov Şüvəlan İstintaq Təcridxanasına gətirilir.

Məlumatı "Media forum” saytına vəkil Nemət Kərimli verib. Vəkil bildirib ki, Tofiq Yaqublu və İlqar Məmmədov müəyyən müddət Şüvəlan İstintaq Təcridxanasına qaldıqdan sonra cəzaçəkmə müəssisəsinə köçürüləcəklər.

Ötən il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə ümumən 20 nəfər tutulub. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart hökmü ilə Tofiq Yaqublu 5 il, İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Sentyabrın 24-də Şəki Apelyasiya Məhkəməsi bu cəzaları qüvvəsində saxlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA