"Siz deyin, necə dolanaq?!" - "Qasid"in işçiləri prezidentə müraciət etdi

img

25-09-2014 [13:23]


Azərbaycanda peşəkar mətbuat yayımı ilə ixtisaslaşmış "Qasid" ASC-nin köşklərinin qanunsuz götürülməsi və digər səbəblərdən çökdürülməsi işçilərin də kəskin narazılığına səbəb olub.

Mia.az xəbər verir ki, "Qasid"in işçiləri bununla bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

İşçilər adından yazılan müraciəti ünvanlayan 1 saylı anbarın müdiri Ceyran Ənsər bildirib ki, "Qasid" ASC süni əngəllər nəticəsində artıq bağlanmaq üzrədir: "Firmamızın yüzlərlə işçisi artıq iş yerlərini itiriblər. Onların hamısı cənab prezident, Sizə sadiq, Sizin siyasətinizi dəstəkləyən, uğurlarınızla qürurlanan ailə başçılarıdırlar. 

Məlumat üçün diqqətinizə çatdırırıq ki, az sayda qalan ASC-nin işçilərinə  artıq xəbərdarliq ediblər ki, noyabr ayının 15-dən işdən azadıq. Hələ təqaüd almayan bizlər, Siz deyin, necə dolanaq?! 

Çox xahiş edirik, hər bir Azərbaycan vətəndaşının qeydinə qalan ölkə başçısı kimi, bizim vəziyyətimizə də biganə qalmayasınız. Bizim işləməyimizə ehtiyacı olan ailə üzvlərimizə yazığınız gəlsin. Sizin hər şeydən xəbəriniz olduğunu bildiyimizə görə xahiş edirik, "Qasid"in vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bizlərin xeyrinə qərar verəsiniz. Sizə işlərinizdə uğurlar arzulayırıq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...