25-09-2014 [13:00]
Z.Oruc "Qafqazinfo”ya açıqlamasında deyib ki, bu sərəncam bir sıra hüquqi terminləri müəyyənləşdirir: "Cəbhəyanı zona ifadəsi mediada mövcud idi. Lakin bunun dəqiq arealının müəyyənləşdirilməsi və buna dair bir sıra tədbirlərin həyata keçirilməsinə çox ciddi ehtiyac var idi. Prezidentin sərəncamında artıq cəbhəyanı bölgələrin təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə dövlətin bundan sonrakı işləri də həmin kateqoriyada olacaq. Şübhəsiz ki, burada hökumətin üzərinə bir sıra vəzifələr qoyulub. Onların hamısını 3 ay ərzində yerinə yetirmək mümkün olacaq. Bu təkcə Ağdam cəbhəsində məlum təxribatların nəticəsində meydana gələn tədbirlər deyil. Uzun illərin təcrübəsi ayrı-ayrı dövlət sirrinə bağlı məsələlərin ictimailəşməsi fonunda bu addımlara ehtiyac vardı. Xüsusilə, ermənilərlə təmas xəttində istər mülki, istərsə də hərbi ərazilərdə müxtəlif gücləndirmə işləri önəmli idi.
Hazırda ilk olaraq nəzərdə tutulan işlərdən biri orada patrul xidmətini təşkil etməkdir. Bu, könüllülük əsasında mülki insanlardan formalaşacaq. Lakin bunun bir mexanizmi də olmalıdır. Sadəcə ictimai əsaslarla fəaliyyət göstərən, heç kim qarşısında hesabat verməyən bir qrup kimi təsəvvür olunmur. Müharibə təcrübəsi görmüş, Qarabağ döyüşçülərindən, istefada olan keçmiş kəşfiyyat və hüquq mühafizə orqanları sistemində təcrübə toplamış adamlardan formalaşacaq.
Lokal toqquşmalar halında dezinformasiyalar kütləviləşir. Paytaxt mediası və əhaliyə ayrı-ayrı ərazilərdən qaynaqlanan informasiyalar ilk olaraq təsir edir. Ona görə də bu informasiyaları öncə süzgəcdən keçirməyə ehtiyac var. Əhali arasında iş aparılmalıdır. Real hərbi şəraitdə hər hansı əməliyyata qərar verildiyində hərbi hissələrin yerləşdiyi ərazi, silahlar barədə məlumat çox önəmli məqam daşıyır. Bu məlumatlar da açıq formada yayıla bilməz”.
Deputat qeyd edib ki, hərbi vəziyyətlə bağlı müvafiq qanunvericiliyin yeniləşməsi heç də hökumətin hərbi vəziyyət elan etməyə hazırlaşması demək deyil: "Lakin istənilən situasiyada kiçik bir ərazilərdə belə hərbi vəziyyət elan etmək qaydaları qanunvericilikdə dəqiq müəyyən olunmayıb: "Orada müxtəlif ictimai qurumların hərəkətliliyi, siyasi partiyaların fəaliyyəti, media orqanlarının məlumat toplaması xüsusi bir sanksiya altına düşməlidir. Çünki sərhədyanı zonada hərbi vəziyyət elan olunarsa, bütün proseslər qanunlara uyğun olmalıdır. Ona görə də bu müharibəyə hazırlıq, yaxın gələcəkdə real hərbi əməliyyatlara başlamaq kimi başa düşülməməlidir. Söhbət bunu daha lokal yerlərə şamil etməkdən gedir”.
Komitə üzvü patrul xidmətinin vəzifələrini aydınlaşdırıb: "Patrul xidməti hüquqi əsaslarla dövlət bağlı olan struktur şəklində müxtəlif qurumların nəzdində mövcuddur. Bura vətəndaşların cəlb olunması əhali ilə daha sıx təmaslara imkan verəcək. Hansısa bir şəraitdə, erməni təxribatı zamanı mülki insanlarda belə bir təsəvvür olur ki, bu silahlı qüvvələrin işidir. Bu arxa cəbhənin möhkəmliyinə də mənfi təsir göstərmiş olur. Vətəndaşın panik vəziyyətdə olduğu halda ön cəbhədəki ordunun gücü də zəifləmiş olur. Məsələnin başqa bir tərəfi əhali arasında iş aparmaqdır. Paytaxtdan təbliğat işi aparılmasına baxmayaraq hər bir lokal ərazi öz qanunları ilə yaşamaqdadır. Media da həmin ərazilərə güclü nüfuz edə bilmir.
Dövlət sirrinin qorunması ilə bağlı medianın da üzərinə məsuliyyət düşür. Sosial şəbəkələrdə isə dünya çapında böyük təhlükələr yaşanır. Bu sferanı tənzim etmək həddən artıq çətindir, zəncirvari reaksiyalar baş verir. İnformasiyalar məqsədli şəkildə sızdırılır, sürətlə yayılır və əks-əlaqə sistemi də qurularaq xarici mediaya çıxarılır. Bunun qarşısını almaq, ikinci rolda çıxış etmək heç bir səmərə vermir. Ona görə də prezidentin bu yöndəki sərəncamı vətəndaş məsuliyyətinə və cəbhəyanı bölgələrin təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək”.
Zahid Oruc sosial şəbəkələrlə bağlı hüquqi məsuliyyətin tətbiq edilməsinin çətin olduğunu desə də, bunun mümkün olduğunu deyib: "Sosial şəbəkələrlə bağlı təlimlərin hamıya keçiriləcəyini demək olmaz. Bu kifayət qədər mürəkkəb sahədir. Biz internet resurslarının necə formalaşdığını bildiyimiz üçün anonim qaynaqların, Azərbaycan dövləti və milləti əleyhinə fəaliyyət göstərən informasiya sistemlərinin, mərkəzlərin aradan qaldırılmasına təsir göstərə bilərik. O cümlədən, sərhəd bölgələrində sürətli internetin təşkili əhalinin informasiya mənbəyi kimi çıxış etməsinə imkan verir. Məlum avqust hadisələri zamanı sərhəd bölgələrində fəaliyyət göstərən tanınmamış, minimum səviyyəli resursu, təfəkkürü olmayanlar az qala xəbərlərin naşıcasına ötürücüsünə çevrilmişdilər. Biz bilirik ki, bu işin təşkili nə qədər önəmlidir. Bizdə sosial şəbəkəldə aktiv olan deputatlar, hökumət strukturlarının hesabları var. İstənilən informasiyanın ilk olaraq haradan çıxmasını təyin etmək mümkündür. Siz deyə bilərsiniz ki, Kanadada əyləşib, üçüncü ölkədə qeydiyyatdan keçib, beşinci ölkənin auditoriyası üçün informasiya sızdırmaq mümkündür. Bu internetin xarakteridir. Burada mənbəyi tapmaq çətin, amma mümkündür. Çünki xüsusi xidmət orqanları müxtəlif serverlərdən təxribatların haradan yayıldığını bilirlər. Mən hesab edirəm ki, bu sərəncamın ən çətin hissəsidir. Ancaq biz nəzərə almalıyıq ki, sosial medianın da məsuliyyəti var və biz bunu müəyyənlədirməliyik.
Bu məsələdə məsuliyyətə cəlb olunmanın mexanizmi də xeyli çətin olacaq. Ölkənin sərhədlərindən kənarda olan adamları müəyyənləşdirib məsuliyyətə cəlb etmək asan olmayacaq. Ancaq onlar biləcəklər ki, dövlət sirri ilə bağlı qanunu pozarlarsa, cəzaları mütləq olacaq. Bu ölkədən kənardakı insanların bu məsuliyyətə cəlb olunmasını çətinləşdirsə də, ölkə içindəki adamları bu yoldan daşındırmış olacaq. Etiraf etmək lazımdır ki, sosial şəbəkələrdəki kəşfiyyat və təxribat işinə xidmət edən qüvvələrin zərərsizləşdirilməsi asan deyil.
Nəzarət kameraları olmayan internet klublardan yayılan informasiyanın kim tərəfindən reallaşdığını tapmaq yenə də çətin olsa da, mümkündür. Bir sıra qurumların hər bir mənbəyə çıxmaq imkanı var. Bu vətəndaşın hüquqlarının basqa altında saxlanması demək deyil. Əgər müharibə başlayarsa, internet və media üzərində daha fərqli bir rejimin tətbiq edilməsinin tərəfində ola bilərik. Siyasi təşkilatların fəaliyyətinin müxtəlif dövrə qədər dayandırılması, medianın həssas metodlarla işləməsini tətbiq etmədən anti-Azərbaycançıları ortaya çıxarmaq o qədər də asan deyil”.
Z.Oruc bildirib ki, jurnalistlər də daxil olmaqla, bir sıra şəxslərə təlim keçiriləcək: "Sosial media sahəsində xüsusi qruplar və əsas adminlər üçün ilk olaraq təlimlər keçirilməlidir. Eyni zamanda, o sahəyə nəzarət edən qurumlar da işə cəlb oluna bilər. İnformasiya təhlükəsizliyi ilə bağlı qanunu qəbul edərkən biz bir sıra çərçivələri müəyyənləşdirməliyik. Təlimləri bütün ölkə boyu hər bir insana keçmək böyük maliyyə vəsaiti tələb edir. Ancaq aparıcı yer tutan informasiya vasitələrinin sahibləri var ki, Facebook, Tvitterdə populyar hesablara malikdirlər. Ona görə də həmin şəxslərə də təlim keçirilə bilər. Media nümayəndələrinə də yəqin ki sosial şəbəkələrdən istifadə qaydası haqda təlim keçiriləcək. Bizdə əvvəl belə bir fikir vardı ki, mətbuat əlinə düşən informasiyanı yaymalıdır, qoy məsuliyyəti müvafiq orqanlar daşısın. Ancaq bu bəzən əks-effekt verir. Mətbuatın dövlətin yanında olması klassik sovet baxışı deyil. Obama-Poroşenko görüşündə deyildi ki, parlamentdəki hər iki partiya, iqtidar və müxalifət Ukrayna məsələsinə eyni mövqedən yanaşır. Azərbaycanda siyasi partiyaların, medianın dövlətlə bir yerdə olmasından danışa bilərikmi?! Hakimiyyət uğrunda mübarizə aparanlar cəbhədə məğlubiyyət arzularını da dilə gətirir ki, təki hakimiyyət gözdən düşsün və məğlubiyyətə uğrasın”.
Qeyd edək ki, sərəncamda patrul xidmətinin yaradılması, jurnalistlərin akkreditasiya qaydalarının müəyyənləşməsi, sosial media ilə bağlı təlimlərin keçirilməsi, dövlət sirri haqda qanunun tələblərini pozanların məsuliyyətə cəlb edilməsi və media üzərində təbliğat işlərinin aparılması nəzərdə tutulub.
TEHRANIN ABŞ-a MÜQAVİMƏT DİRƏNİŞİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyada bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu