Elmar Məmmədyarov Sarksyana BMT tribunasından cavab verəcək

img

25-09-2014 [12:49]


Xarici İşlər Naziri Elmar Məmmədyarov Ermənistan prezidenti Serj Sərkisyanın sentyabrın 24-də BMT Baş Məclisinin 69-cu sessiyasında çıxışına münasibət bildirəcək.


XİN-in mətbuat xidmətindən Aktual.az-ın sorğusuna cavab olaraq bildirilir ki,  BMT Baş məclisinin prosedur qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yazılı şəkildə Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş məclisinin 69-cu sessiyasında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş yalandolu çıxışına cavab olaraq, Azərbaycan Respublikasının şərhləri təqdim ediləcək və bu sənəd BMT Baş məclisinin 69-cu sessiyasının rəsmi sənədi kimi yayılacaq.
 
Qeyd edilir ki, BMT Baş məclisinin 69-cu sessiyasında Azərbaycan Respublikasını təmsil edən Xarici İşlər Naziri Elmar Məmmədyarov tərəfindən sessiyanın ümumi müzakirələr hissəsində ediləcək çıxışında Azərbaycanın mövqeyi BMT tribunasından dünya ictimaiyyətinin nəzərinə çatdırılacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA