Milli Məclisin payız sessiyasında 36 qanun layihəsi müzakirə olunacaq

img

25-09-2014 [12:33]


"Payız sessiyasının ilk plenar iclası daxili nizamnaməyə uyğun olaraq sentyabr ayının 30-da keçiriləcək”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib: "Bir çox məsələlər müzakirə olunacaq. Təbii ki, ilk məsələ olaraq Milli Məclisin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında qanundur. Ümumilikdə 36 qanun layihəsi müzakirəyə təqdim olunacaq”.
Mətbuat katibi sentyabrın 30-da keçiriləcək iclasda müzakirəyə çıxarılacaq bəzi qanun layihələrindən də danışıb: " Bildiyiniz kimi, komitələrin iclasları yekunlaşır. Yalnız Regional məsələlər komitəsinin iclası qalıb. O da sentyarın 26-da keçiriləcək. Bununla da komitə iclasları öz işini yekunlaşdırır. Qərar qəbul etdikəri sənədlərin Milli Məclisin plenar iclasına yəni, payız sessiyasının qanunvericilik işləri planına salınması tövsiyə olunur. 2014-cü ilin ilk payız sessiysında aşağıdakı qanunlara dəyişikliklər gözlənilir.
Payız sessiyasının ilk iclasında "Poçt haqqında”, "Qiymətli kağızlar bazarında isvestrların hüquqlarının müdafiəsi haqqında”, "Yanğın təhlükəsizliyi haqqında”, "Valyuta tənzimi haqqında” və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA