Sabiq baş prokurorla Ədalət Tahirzadə arasında qalmaqal - Təfərrüat

img

24-09-2014 [21:41]


Sabiq baş prokuror İxtiyar Şirin maraqlı status paylaşıb.

Mia.az həmin statusu olduğu kimi təqdim edir:

"Mən öz FB profilimdə Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Elçibəyin gördüyü böyük işlərlə bağlı status yazmışam. Bu status bir neçə dəfə paylaşılıb da. Paylaşdığım statuslardan birinə Ədalət Tahirzadə adlı birisi mənə qarşı böhtan dolu, təhqiramiz ifadələrlə rəy yazıb. Mən onu dalba-dal yazdığı rəylərin cavabını verdim. Lakin o, təhqir və böhtanları yazmaqda davam etdi. Məlum oldu ki, bu şəxs AXCP-də Əbülfəz bəyin mətbuat katibi olub. Bu şəxsin birdən-birə ortaya atılıb mənə qarşı ittihamlar deməsi məni təəccübləndirdi. Bu şəxs deyir ki, bu gün də Elçibəyin tərəfdarıdı, Elçibəy bu gün də onun mürşididür. Əgər belədirsə, mənim onun mürşidinə yaxşı sözlər deməyimi niyə düşməncəsinə qarşılayır. Başa düşmək çox çətindir. Onun özünün isə Əbülfəz bəy barədə öz profilində bircə kəlmə də nəinki yaxşı, heç bir cümləsi də yoxdur. Ancaq hamı haqqında var. Güya bu adam Azərbaycanın azadlıq tarixini araşdırır və öz FB profilində bu barədə statuslar yazır. Bundan soruşmaq lazımdır. Əbülfəz Elçibəyin Azərbaycanın azadlıq hərakatında heç bir rolu olmayıb? Nəriman Nərimanov barədə yazırsan, onun şəkillərini profilinə qoyursan. Nərimanov Azərbaycanın azadlığında yox, işğalında iştirak edib. Onda bəs Elçibəyin azadlıq hərəkatındakı rolu, yeri barədə niyə öz profilində yazmırsan? Ona görə də mən bir şeyi diqqətinizə çatdırmaq istəyirəm. Əbülfəz Elçibəyin hakimiyyətini bax bu cür adamlar yıxdılar. Hamıya düşmənçilik edərək, hamını qorxuzmağa çalışaraq, rəqiblərinə iftira ataraq, özlərindən üstün olanları ləkələməyə çalışaraq, özlərini hamının üstündə nəzarətçi hesab edərək, Əbülfəz bəyi ortada tək qoydular. İndi də özlərini hamıya nəzarətçi görən, guya Əbülfəz Elçibəyin tərəfdarı olan Ədalət Tahirzadə kimiləri hesab edir ki, Əbülfəz Elçibəy barədə onun icazəsi olmadan heç kim müsbət heç bir şey yaza bilməz. Yazanlara isə böhtan atır, onları təhqir edirlər. Elə buna görə də daha heç kim yazmaq da istəmir. Mən yazdım. Cavabımı da aldım. Çox sağ ol əvəzinə böhtan və təhqirlər dolu cavab.
Aşağıda bütün rəylər yazılıb.

Adalet Tahirzade · 60 ortaq yoldaş

İxtiyar Şirin, Siz bu qeydlərlə Elçibəy qarşısında günahınızı yuduğunuzu düşünürsünüzsə ciddi yanılırsınız. Siz yalnız Gəncə hadisələrinin obyektiv təsvirini və təhlilini verməklə və bu zaman qorxaqlıq göstərdiyinizi səmimi etiraf etməklə günahınızı yuya bilərsiniz. Yoxsa öz prezidentinə həbs sanksiyası vermək (Siz onu necə adlandırırsınız adlandırın) ləkəsi üstünüzdə əbədi qalacaq və tarix boyu bununla xatırlanacaqsınız.
3 saat · Bəyən
İ
xtiyar Şirin: Siz kimsiniz mən bilmirəm. Əli Ömərovu bu sözlərə görə verdim məhkəməyə. Məkəmə mənim Əbülfəz Elçibəyin həbsinə sanksiya vermədiyimi müəyyən edib, Əli Ömərovu böhtançı elan etdi. İndi sizin kimi böhtançılara cavab verməyə həvəsim və vaxtım yoxdur. Mənim Elçibəyin qarşısında da heç bir günahım yoxdur. Ləkə varsa sizin üzərinizdə var. Tarix boyu isə mənim xatırlanacaq çox işlərim var. Sizin kimi böhtançılar tarix boyu elə böhtançı olaraq da xatırlanacaqsınız. Mən bu statusu Əbülfəz bəyin tarixi xidmətlərini yada salmaq üçün yazdım. Əgər düz adamsınızsa Siz niyə onun fəaliyyəti haqqında bir kəlmə də yazmırsınız. Yazanları da ləkələməyə çalışırsınız. Əgər Əbülfəz bəy haqqında yazmaq Sizin inhisarınızdadırsa, deyin, mən bu statusu silərəm. Təki Siz yazıb yada salın Elçibəyi.
2 saat · Düzəliş edildi · Bəyən

Adalet Tahirzade · 60 ortaq yoldaş
Məni tanıyıb-tanımamaq Sizin öz işinizdir. Yazırsınız: "Əgər düz adamsınızsa Siz niyə onun fəaliyyəti haqqında bir kəlmə də yazmırsınız". Mən onun həyatı və fəaliyyəti haqqında 7 kitab yazmışam. Görünür ki, Siz yalnız öz yazdıqlarınızı oxuyursunuz. Məni də görməz-bilməzə "böhtançı" adlandırmaq və Əli Ömərovla bir cərgəyə qoymaq artıq Sizin əxlaq məsələnizdir. Ancaq unutmayın: dediyimi etməsəniz tarix boyunca ittiham olunacaqsınız.
3 saat · Bəyən

İxtiyar Şirin: Sizin profilinizə baxdım. Orada niyə Əbülfəz bəy haqqında bircə kəlmə belə yazmamısınız? Bir yerdə ikinizin şəkili var. Orada da özünüz barədə yazmısınız. Ona görə ki, Əbülfəz bəy barədə yazmaq indi qorxuludur, yaxud heç bir gələcək vəd etmir? Öz profilinizdə bütün tarixi şəxsiyyətlər barədə yazmısınız, şəkillərini vermisiniz, Əbülfəz bəy barədə bir kəlmə də yazmamısınız. Azərbaycan tarixində belə şəxs olmayıb bəyəm? Yazdığınız 7 kitabı da sandığa qoymusunuz yəqin ki. Sizin kimiləri mən yaxşı tanıyıram. Konyuktirşiklər. Hanı 7 kitabınız. Niyə profilinizdə Əbülfəz bəyin fəaliyyəti barədə bircə kəlmə də yazmamısınız? Onun fəaliyyətini işıqlandırmamısınız? Sizin kimi adamlardan onun hakimiyyəti zamanı da var idi ətrafında. İndi hakimiyyətin verdiyi payları alıb oturublar yerlərində. Xahiş edirəm profilinizdə Əbülfəz bəy barədə yaxşı bir status yazın, onun mənim kimi yaxşı bir şəkilini verin. Mənə indi dedilər ki, siz Əbülfəz bəyin AXCP-də köməkçisi olmusunuz. Çox eyibdir sizə. Sizin profilinizin ən azı yarısı Əbülfəz bəy barədə olmalı idi. Siz isə bir kəlmə də yazmamısınız. Əli Ömərov indiyə kimi bütün çıxışlarında rəhmətlik Heydər Əliyev barədə gözəl sozlər deyir, onu xatırlayır. Siz isə rəhmətlik Əbülfəz bəy barədə bircə kəlmə də yazmırsınız FB profilinizdə. Hamı haqqında, hətta Nəriman Nərimanov barədə də yazılarınız var, onun şəkillərini vermisiniz. Buna görə də Əli Ömərovun etibarlılıq əmsalı sizinkindən üstün olduğuna görə mən sizin adınızı Əli Ömərovun adının yanında çəkdiyimə görə Əli bəydən üzr istəyirəm. Sizi kimi etibarsız adamlardan Azərbaycan siyasi tarixi çox görüb. Sizin adıınız etibarsız adamların siyahısında tarix boyu yaşayacaq. Əxlaqsızın kim olduğu isə aydındır. Əbülfəz bəyin adını çəkməkdən çəkindiyiniz üçün qorxağın da kim olduğu hamıya aydın oldu. Buna görə də Sizin nə mənə, nə də başqasına qorxaq deməyə mənəvi haqqınız yoxdur. Sizə bir də deyirəm. Tez bəy haqqında profilinizdə yaxşı bir yazı yazın, yaxşı bir şəkilini verin orada. Baxacam. Yazmasanız, müzakirəni genişləndirəcəyik.
1 saat · Düzəliş edildi · Bəyən

Adalet Tahirzade · 60 ortaq yoldaş
İ
xtiyar Şirin, cavabınız profilimdədir, oxuya bilərsiniz.
55 dəq. · Bəyən

İxtiyar Şirin Ədalət Tahiroğlu. Burada cavab verin, öz profilinizdə deyil. Mübahisəni burada başlamısınız, təhqirləri burada etmisiniz. Qaçmayın. Mən Sizin profilinizə baxdım. Əbülfəz bəy haqqında yenə də heç nə yazmamısınız. Mən Sizə demişdim axı yazın, şəkilini verin. Yenə də etmədiniz. Onda heç kimə dil uzatmayın. Heç kimə qorxaq deməyin, heç kimin əxlaqına söz atmayın. Hamısı Sizin özünüz olduğu hamıya aydındır. Yekəxana-yekəxana danışıb camaatı özünüzə güldürməyin.
38 dəq. · Bəyən

Adalet Tahirzade · 60 ortaq yoldaş
Oldu. Profilimdəki yazını buraya köçürürəm. Ancaq ifadələrinizə fikir verin və nəzərə alın ki, Siz hətta baş prokuror da olmusunuz...
35 dəq. · Bəyən

Adalet Tahirzade · 60 ortaq yoldaş
Dünən (23 sentyabrda) İxtiyar Şirinin Əbülfəz Elçibəyə həsr edilmiş tərifli bir statusunu oxudum və ona belə bir şərh yazdım: "İxtiyar Şirin, Siz bu qeydlərlə Elçibəy qarşısında günahınızı yuduğunuzu düşünürsünüzsə ciddi yanılırsınız. Siz yalnız Gəncə hadisələrinin obyektiv təsvirini və təhlilini verməklə və bu zaman qorxaqlıq göstərdiyinizi səmimi etiraf etməklə günahınızı yuya bilərsiniz. Yoxsa öz prezidentinə həbs sanksiyası vermək (Siz onu necə adlandırırsınız adlandırın) ləkəsi üstünüzdə əbədi qalacaq və tarix boyu bununla xatırlanacaqsınız".

Mənim yetərincə nəzakətlə yazdığım bu qeydə ondan belə bir cavab aldım: "Siz kimsiniz mən bilmirəm. Əli Ömərovu bu sözlərə görə verdim məhkəməyə. Məkhəmə mənim Əbülfəz Elçibəyin həbsinə sanksiya vermədiyimi müəyyən edib, Əli Ömərovu böhtançı elan etdi. İndi sizin kimi böhtançılara cavab verməyə həvəsim və vaxtım yoxdur. Mənim Elçibəyin qarşısında da heç bir günahım yoxdur. Ləkə varsa sizin üzərinizdə var. Tarix boyu isə mənim xatırlanacaq çox işlərim var. Sizin kimi böhtançılar tarix boyu elə böhtançı olaraq da xatırlanacaqsınız. Mən bu statusu Əbülfəz bəyin tarixi xidmətlərini yada salmaq üçün yazdım. Əgər düz adamsınızsa Siz niyə onun fəaliyyəti haqqında bir kəlmə də yazmırsınız. Yazanları da ləkələməyə çalışırsınız. Əgər Əbülfəz bəy haqqında yazmaq Sizin inhisarınızdadırsa, deyin, mən bu statusu silərəm. Təki Siz yazıb yada salın Elçibəyi".
Mənim növbəti qeydim belə oldu: "Məni tanıyıb-tanımamaq Sizin öz işinizdir. Yazırsınız: "Əgər düz adamsınızsa Siz niyə onun fəaliyyəti haqqında bir kəlmə də yazmırsınız". Mən onun həyatı və fəaliyyəti haqqında 7 kitab yazmışam. Görünür ki, Siz yalnız öz yazdıqlarınızı oxuyursunuz. Məni də görməz-bilməzə "böhtançı" adlandırmaq və Əli Ömərovla bir cərgəyə qoymaq artıq Sizin əxlaq məsələnizdir. Ancaq unutmayın: dediyimi etməsəniz tarix boyunca ittiham olunacaqsınız".
Ardınca İxtiyar Şirinin od püskürən bu ittihamnaməsi gəldi: " Sizin profilinizə baxdım. Orada niyə Əbülfəz bəy haqqında bircə kəlmə belə yazmamısınız? Bir yerdə ikinizin şəkili var. Orada da özünüz barədə yazmısınız. Ona görə ki, Əbülfəz bəy barədə yazmaq indi qorxuludur, yaxud heç bir gələcək vəd etmir? Öz profilinizdə bütün tarixi şəxsiyyətlər barədə yazmısınız, şəkillərini vermisiniz, Əbülfəz bəy barədə bir kəlmə də yazmamısınız. Azərbaycan tarixində belə şəxs olmayıb bəyəm? Yazdığınız 7 kitabı da sandığa qoymusunuz yəqin ki. Sizin kimiləri mən yaxşı tanıyıram. Konyuktirşiklər. Hanı 7 kitabınız. Niyə profilinizdə Əbülfəz bəyin fəaliyyəti barədə bircə kəlmə də yazmamısınız? Onun fəaliyyətini işıqlandırmamısınız? Sizin kimi adamlardan onun hakimiyyəti zamanı da var idi ətrafında. İndi hakimiyyətin verdiyi payları alıb oturublar yerlərində. Xahiş edirəm profilinizdə Əbülfəz bəy barədə yaxşı bir status yazın, onun mənim kimi yaxşı bir şəkilini verin. Mənə indi dedilər ki, siz Əbülfəz bəyin AXCP-də köməkçisi olmusunuz. Çox eyibdir sizə. Sizin profilinizin yarısı Əbülfəz bəy barədə olmalı idi. Siz isə bir kəlmə də yazmamısınız. Əi Ömərov indiyə kimi bütün çıxışlarında rəhmətlik Heydər Əliyev barədə gözəl sozlər deyir, onu xatırlayır. Siz isə rəhmətlik Əbülfəz bəy barədə bircə kəlmə də yazmırsınız FB profilinizdə. Hamı haqqında, hətta Nəriman Nərimanov barədə də yazılarınız var, onun şəkillərini vermisiniz. Buna görə də Əli Ömərovun etibarlılıq əmsalı sizinkindən üstün olduğuna görə mən sizin adınızı Əli Ömərovun adının yanında çəkdiyimə görə Əli bəydən üzr istəyirəm. Sizi kimi etibarsız adamlardan Azərbaycan siyasi tarixi çox görüb. Sizin adıınız etibarsız adamların siyahısında tarix boyu yaşayacaq. Əxlaqsızın kim olduğu isə aydındır. Əbülfəz bəyin adını çəkməkdən çəkindiyiniz üçün qorxağın da kim olduğu hamıya aydın oldu. Buna görə də Sizin nə mənə, nə də başqasına qorxaq deməyə mənəvi haqqınız yoxdur. Sizə bir də deyirəm. Tez bəy haqqında profilinizdə yaxşı bir yazı yazın, yaxşı bir şəkilini verin orada. Baxacam. Yazmasanız, müzakirəni genişləndirəcəyik".
Mən təəccüb etdim - insanı tanımaya-tanımaya, fəaliyyətinə bələd olmaya-olmaya (yəni əlində heç bir maddi dəlil-sübut olmadan) onun haqqında "böhtançı", "konyukturşik", "etibarsız", "hakimiyyətdən pay alan" və b. ittihamları irəli sürən adama bu boyda ölkənin baş prokurorluğunu necə tapşırıblar?!
İxtiyar Şirin, xəbəriniz olsun: mən Elçibəyin "AXCP-də köməkçisi" deyil, onun özəl mətbuat katibi olmuşam və Sizdən fərqli olaraq ona sonadək sədaqətli qalmışam, bu gün də sədaqətliyəm. Elçibəylə bağlı bütün iftira və böhtanlara cavab verirəm. Sizin düşündüyünüz kimi, mən Elçibəydən yazdığım kitabları sandığa qoymamışam və onları minlərlə nüsxə nəşr etdirərək oxuculara çatdırmışam. Onları Siz oxumamısınızsa bu, mənim günahım deyil; Sizi də qınamıram - belə kitabları oxumağa vaxt tapa bilməzsiniz. 
Sizin təsəvvürünüzdə insanı sevmək o deməkdir ki, feysbuk profilinin yarısını ona həsr etmək və səhifəni onun şəkilləri ilə daim bəzəmək lazımdır (?!). Elçibəyin müqəddəs xatirəsi mənim ürəyimdə, Sizin tələb etdiyiniz fotosu isə mənim evimdə başımın üstündədir. ELÇİBƏY MƏNİM MÜRŞİDİMDİR və bunu Sizdən başqa, Elçibəyi və məni tanıyan hər kəs bilir! 
Sizdən fərqli olaraq mən adımı siyasətçi qoymamışam və heç vaxt da özümə "siyasətçi" deməmişəm, bu gün də siyasətlə məşğul olmuram, xalqımızın təhsil tarixini və azadlıq uğrunda mübarizə tarixini öyrənirəm. İstər iqtidardan, istərsə də müxalifətdən indiyədək bir qəpik də almamışam, yalnız öz müəllim və elmi işçi maaşımla, bir də qələmimin mürəkkəbi ilə dolanmışam, heç kəsin qarşısında gözükölgəli deyiləm, ona görə də məni iqtidardan pay almaqda suçlamağınız yenə Sizin əxlaq məsələnizdir. 
Son sözüm - Sizin cılız tələbinizə uyaraq ("tez bəy haqqında profilinizdə yaxşı bir yazı yazın, yaxşı bir şəkilini verin orada") profilimdə Bəy haqqında heç nə yazmayacağam, ancaq bilin ki, onun haqqında indiyədək nə yazmışamsa HAMISININ ÜSTÜNDƏ DURURAM. Sizə də tövsiyəm: mənim Elçibəydən yazdıqlarımı oxuyun, bəlkə onu az da olsa tanıyasınız.

Adalet Tahirzade ·- Bu, mənim son sözümdür və Sizinlə mübahisənin əbəs olduğunu görərək daha heç bir yazınıza cavab verməyəcəyəm.

İxtiyar Şirin: Ədalət Tahiroğlu. Sizin sözünüz ola da bilməz. Mən Sizin barədə həqiqətləri dedim. Əgər indi Əbülfəz bəy haqqında yaxşı sözlər demək sizə qadağan edilibsə, yaxud buna cürətiniz çatmırsa, gedin sandıqdan 7 cildlik toz basmış kitabları çıxardın. Heç olmasa həmin kitablarda rəhmətlik Əbülfəz bəyin sağlığında yazdığınız yaxşı fikirləri köçürün profilinizə. Onun şəkilini verməyə isə yenə də cürətiniz çatmayacaqdır. Əxlaqdan danışmaq isə Sizə uyğun deyil. belə şeylər danışıb hamını özünüzə güldürməyin. Siz son söz kimi bunları yazmısınız: - "Sizin cılız tələbinizə uyaraq ("tez bəy haqqında profilinizdə yaxşı bir yazı yazın, yaxşı bir şəkilini verin orada") profilimdə Bəy haqqında heç nə yazmayacağam, ancaq bilin ki, onun haqqında indiyədək nə yazmışamsa HAMISININ ÜSTÜNDƏ DURURAM. Sizə də tövsiyəm: mənim Elçibəydən yazdıqlarımı oxuyun, bəlkə onu az da olsa tanıyasınız.» Ədalət Tahiroğlu. Mən də deyirəm cürətin var 15-20 il bundan qabaq yazdığınız 7 cildlik kitabın tozunu silib bəyin sağılığında onun haqqında kitablarınızda yazdığınız və bu gün də üstündə durduğunuz, əgər döğrudan da belədirsə, o gözəl sözlərinizi yaxşı şəkilləri ilə birlikdə oz profilinizdə verin. Verməyəcəksinizsə, deməli ya qorxursunuz, ya da bu gün belə yazılar dividend gətirmədiyinə görə Sizə sərf eləmir. Mən bilirəm ki, bu gün Sizin mürşidinız Elçibəy deyil. Ancaq yenə gözləyirəm. Bunu etməsəniz öz profilimdə Sizin haqqınızda yaxşı bir status peyda olacaq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA