ADİHİ rəhbəri diplomatlara erməni terrorundan danışdı – VİDEO

img

24-09-2014 [19:24]


Sentyabrın 24-də ATƏT-in Varşava toplantısı işgəncələr və terrorla mübarizə mövzusunda öz işini davam etdirib. Tədbirdə çıxış edənlər dünyanın müxtəlif ölkələrində işgəncə faktlarından danışdı və qlobal bəla olan terrorla mübarizə haqqında fikirlərini bölüşdülər.

Müzakirələrdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov toplantıda separatçı rejimlər olan Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı "respublikaların” açıq şəkildə konfransda iştirak etməsinin və çıxışlar etmələrinin ATƏT prinsiplərinə zidd olduğunu bildirdi və əsas diqqəti erməni terroruna yönəltdi. ADİHİ rəhbəri Ermənistan nümayəndəsinə xitab edərək, Xocalı soyqırımı barədə avropalı diplomatlara məlumat verilməsini tələb etdi, erməni yazıçıları Zori Balayan və Devid Xerdiyanın Qarabağdakı erməni vəhşilikləri barədə etiraflarını xatırlatdı və Ermənistan dövlətini İraqda insanlıq əleyhinə vəhşiliklər törədən İŞİD-lə müqayisə etdi.

Ermənistan nümayəndəsi ADİHİ rəhbərinin çıxışına etiraz etməyə çalışsa da, Əhməd Şahidov sona qədər fikirlərini ifadə edə bildi və erməni vəhşiliklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

terror3terror4terror5terror6terror7terror8


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA