Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO

Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO

KRİMİNAL

13.03.2026, 11:37

Bakının Xətai rayonu Yusif Səfərov küçəsində avtobus zolağında hərəkət edən “Ferrari” saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, şosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.

Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR