Hafiz Hacıyev: "Bu barədə ölçü götürülməlidir"

img

24-09-2014 [13:17]


"Milli heysiyyatımıza toxunan istənilən sayt qeyd-şərtsiz bağlanmalıdır. Azərbaycan xalqının milli mentallitetinə ziyan olan, insanlarımızın ailələrinə, övladlarına sırınan və mənəviyyata toxunacaq qədər əxlaqsız, ziyanlı xəbərlər yayan informasiya agentlikləribarədə ölçü götürülməlidir”. 

Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev ölkədə cinsi azlıqları təbliğ edən saytların fəaliyyətinə münasibətini bildirərkən deyib.
Hafiz Hacıyev onu da bildirib ki, Azərbaycanda tərbiyəsiz, xalqın geninə, keçmişinə uyğun olmayan məsələlərin işıqlandırılması birbaşa təxribatdır: ”Yəqin ki, bu xəbərləri yayan adamların ailələri yoxdur, onlar pritonlarda böyüyüblər”.
"Azərbaycan tolerantbir ölkədir”- deyə qeyd edən MMP sədri eyni zamanda deyib ki, ölkəmizdə milli maraqlar hər şeydən üstün tutulur: "Bizim xalqımız öz keçmişiniçox gözəl bilir və ənənələrinə sadiqdir. Çünki bizim xalqın qəhrəmanları olub və belə qəhrəmanı olan xalqın içindən bu kimi insanların çıxması mümkünsüzdür. Onların qanlarında qan qarışığı var.
Həmçinin, düşünürəm ki, Mətbuat Şurası da bu kimi xəbərləri yayan saytlar barədə çox ciddi və təcili ölçü götürməlidir. Yoxsa sonradan gec olar. Tərbiyəsizliyin qarşısı mütləq alınmalıdır. Çünki bu amil həm də dövlətçiliyimizə qarşı vurulan zərbədir”.
İki eyni cinsli insanın nişanlanmasına, yaxud da evlənməsinə münasibət bildirən Hafiz Hacıyev bildirib ki, cəmiyyət bu kimi rüsvayçı məsələnin reallaşmasını müxalifətin partiya sədrləri arasında müşahidə edib: "Yəni AXCP sədri Əli Kərimli, onun ətrafında olanların əksəriyyəti belələrindəndir. Mən bu barədə dəfələrlə açıqlamalarımda demişəm və qınamışam. Görünür Avropa dövlətlərinin bizə keçmək istədiyi dərsi Əli Kərimli yaxşı qavrayıb. Nişanlanıb evlənməyə hazırlaşan gədələr də elə Əli Kərimlinin taylarıdır”.
Xatırladaq ki, bir neçə sayt iki nəfər homoseksual gəncin nişanlanması ilə bağlı informasiya yayıb və bu informasiya ölkə ictimaiyyətinin ciddi qınağına səbəb olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA