«Nəqşicahan»ın sədr müavini və fəal üzvü getdi - İSTEFA

img

24-09-2014 [12:47]


«Araz Naxçıvan»ın uğurlarında böyük pay sahibi olan «Nəqşicahan» fan-klubunun sədr müavini Famil Cəlalov və klubun idarə heyətinin üzvü İlqar Qulusoy istefa veriblər. 

Bu barədə Mia.az-a daxil olan məlumatla bağlı həmkarımız İlqar Qulusoyla danışdıq. İlqar Qulusoy xəbəri təsdiqləyib: 

"Nəqşicahana böyük ümidlərlə gəlmişdik. «Araz Naxçıvan»ın uğurları üçün fədakar azarkeş olaraq, həmişə onun yanında olmuşuq. Bütün səfər oyunlarında 90 dəqiqə ayaq üstə «Araz» demişik, ruh yüksəkliyi yaratmaq üçün əlimizdən gələni etmişik.Təbii ki qarşılıqsız. Amma və lakin....». 

İ.Qulusoy bildirib ki, nəzərdə tutduqları kifayət qədər maraqlı layihələri ideyaları da həyata keçməyib: «Əgər «Nəqşicahan»ın üzvləri səfər oyunları zamanı komandaya dəstək üçün gedə bilmirsə, o zaman fanklubda qalmağın yeri yoxdu. Bir daha «Nəqşicahan»dakı dostlara təşəkkürümüzü bildiririk. Biz sadəcə fanklubdan gedirik . Dostluq, qardaşlıq öz yerindədi.Yenə də «Araz Naxçıvan»ın azarkeşiyik».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA