İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)

img

05-03-2026 [14:17]


İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub.

Bunu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.

Onun sözlərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir:

"Onlardan iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir"(report).

***

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinə müraciət edən dörd nəfərin kimliyi məlum olub.

Mia.az xəbər verir ki, hücum zamanı xəsarət alanlar Cəfərov Əsəd Vidadi oğlu (1998), Zülfüqarov Zülfuqar Məmməd (1996), Əsgərov Mehdi Mətləb oğlu (1996) və Vəliyeva Reyhanə Sabir qızıdır (1986).

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA