Sərdar Cəlaloğlu: “İsa Qəmbərdən sonra Müsavat Partiyasında parçalanmalar olacaq”

img

23-09-2014 [14:35]


"Müsavatda İsa Qəmbərdən başqa heç kim partiyanı indiki vəziyyətdə saxlaya bilməyəcək. Ancaq İsa Qəmbər seçkilərdə iştirak etməyəcəksə, hesab edirəm ki, Arif Hacılı başqanlığa daha şanslıdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.


Onun sözlərinə görə, Müsavat Partiyasının sentyabrın 27-də keçiriləcək qurultayında İsa Qəmbər istisna olmaqla, başqanın kim olmasından asılı olmayaraq, partiya zəifləyəcək: "İsa Qəmbərdən sonra Müsavat Partiyası belə qalmayacaq. Bunu birmənalı şəkildə bilmək lazımdır. Təcrübə göstərir ki, İsa Qəmbərdən sonra partiyada istefalar, parçalanmalar olacaq. Çünki lider ətrafında birləşən partiyalarda liderlər gedəndən sonra, adətən parçalanmalar olur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA