Hərbçilərin maaşı artırılacaq? - Yeni təklif var
İQTİSADİYYAT
27.02.2026, 09:14
Hərbçilərə tutduqları vəzifəyə, hərbi rütbələrə görə verilən ödənişin məbləğinin artırılması təklif edilir.
Mia.az xəbər verir ki, bununla bağlı məsələ İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Belə ki, ombudsmanın təklifinə görə, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının məbləği artırılmalıdır.
Qeyd olunub ki, real vəziyyət, habelə mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyasının məbləği də artırılmalıdır.
Sənəddə vurğulanıb ki, birinci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasınadək olan müddətdə Respublikanın ərazi bütövlüyü uğrunda baş vermiş döyüş əməliyyatlarında (2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində və digər hərbi toqquşmalarda), həmçinin 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi də vacibdir.
Həmçinin, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması da təklif olunur.
Bununla bərabər, Ombudsman "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 21-ci (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) maddəsində qiyabi təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsini də təklif edir(report).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Trampdan İranla bağlı anons: “İki gün içində yeni görüş ola bilər”
Bugün, 19:39 GÜNDƏM
-
“Ayasofya”da təxribat törədən iki yunan hıbs edildi - FOTO
Bugün, 19:17 DÜNYA
-
Türkiyənin ən varlı adamı bəlli oldu – FOTO
Bugün, 18:39 İQTİSADİYYAT
-
Dövlət Miqrasiya Xidmətindən Azərbaycanda yolan Rusiya vətəndaşlarına - Xəbərdarlıq
Bugün, 18:39 GÜNDƏM
-
Livan prezidenti: “İsrail hücumları böyük humanitar fəlakətə səbəb olub”
Bugün, 18:20 DÜNYA
-
Ceyhun Bayramov Rusiya XİN başçısının müavni ilə görüşdü - Bakıda nələr müzakirə olunub?
Bugün, 18:06 SİYASƏT
-
Çindən ABŞ-a etiraz: “Bu, təhlükəli və məsuliyyətsiz hərəkətdir” - Rəsmi Pekin tərəflərə vasitəçilik təklif edib
Bugün, 18:00 DÜNYA
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: yenə iclas keçirildi
Bugün, 17:35 İQTİSADİYYAT
-
AHİK-də nə baş verir? - Daha iki yüksək vəzifəli şəxs yola salındı
Bugün, 17:15 GÜNDƏM
-
Sahibə Qafarova Türkiyəyə gedib
Bugün, 17:15 GÜNDƏM
-
Mikayıl Cabbarov "Yüksəliş müsabiqəsi"nin qalibləri ilə görüşüb
Bugün, 17:11 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Türkiyəli məşhur aktyor vəfat edib
Bugün, 16:53 MƏDƏNİYYƏT
-
Neft Daşlarının yaxınlığında balıqçı batıb - VİDEO
Bugün, 16:46 CƏMİYYƏT
-
Bakıda beynəlxalq konfrans keçirilib (Yenilənib)
Bugün, 16:37 GÜNDƏM
-
İran naziri: “Neft satışlarımız davam edir”
Bugün, 16:28 İQTİSADİYYAT
-
PREZİDENT PULLU YOLLARLA BAĞLI QANUNU TƏSDİQLƏDİ - Nələr olacaq?
Bugün, 16:17 GÜNDƏM
-
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub - Bu il müsabiqəyə 100-ə yaxın komanda müraciət edib
Bugün, 16:10 İQTİSADİYYAT
-
Bu klinikada yoxlamalar aparıldı - Fəaliyyəti dayandırıldı
Bugün, 15:57 CƏMİYYƏT
-
Səudiyyə Ərəbistanı İran limanlarına blokadanını ləğvini istəyir: “ABŞ-la danışıqlar gedir”
Bugün, 15:49 İQTİSADİYYAT
-
“Bakcell”in baş icraçı direktoru vəzifəsindən ayrılıb
Bugün, 15:47 İQTİSADİYYAT
-
DİN qadınları fahişəliyə cəlb edənlərlə bağlı məlumat yaydı: "Qadınları “Telegram”səhifələri və saytlar vasitəsilə...". - VİDEO
Bugün, 15:37 KRİMİNAL
-
Ramiz Həsənoğlu "Fəxri diplom"la təltif olunub
Bugün, 15:24 MƏDƏNİYYƏT
-
Yamaldan Neymar haqda açıqlama: “O, mənim kumirimdir”
Bugün, 15:19 İDMAN
-
“Space TV” qaynayır: qohumların idarəçiliyi, yoxlama və... - Baş direktor getdi (Yenilənib)
Bugün, 15:08 PRESS
-
İRAN TƏKZİB ETDİ: "Hər hansı görüş üçün razılq yoxdur”
Bugün, 14:59 GÜNDƏM
-
Namizəd Səfərovun həbs müddəti uzadıldı - Məhkəmə qərarı
Bugün, 14:53 SİYASƏT
-
"İndi qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və..." - Leyla Əliyeva
Bugün, 14:44 SİYASƏT
-
Ərdoğan tələb etdi, Kamal Kılıçdaroğlu haqda həbs qərarı çıxarıldı - 11 ay 20 günlük...
Bugün, 14:31 SİYASƏT
-
Prezident İlham Əliyev daha bir səfiri qəbul etdi - FOTO (Yenilənib)
Bugün, 14:29 GÜNDƏM
-
Prezident Esvatini Krallığının səfirini qəbul edib - FOTO (Yenilənib)
Bugün, 14:24 GÜNDƏM
-
Azərbaycanlı müğənni sevgilisi tərəfindən döyüldü – VİDEO
Bugün, 14:21 MƏDƏNİYYƏT
-
Sabiq icra başçısının oğlu azadlığa buraxıldı
Bugün, 14:09 GÜNDƏM
-
"Televiziyadan öz istəyimlə uzaqlaşdım" - "Daha böyük problemlərlə məşğulam"
Bugün, 13:59 MƏDƏNİYYƏT