Afrika ölkəsindən bir ilk: Rusiyadan Su-57 qırıcı təyyarəsi aldı - Bölgədə tarazılıq dəyişdi

img

27-02-2026 [01:04]


Afrika ölkəsi Əlcəzair Rusiya ilə ictimaiyyətə açıqlanmayan saziş əsasında yeni nəsil Su-57 qırıcları alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bölgədə hərbi tarazılığı pozan addım kimi xarakterizə olunan bu anlaşma çərçivəsində Rusiya Əlcəzairə satacağı 12 qırıcıdan 2-ni 2 ay əvvəl - ötən ilin dekabrında təhvil verib: "Bu il isə daha 6 ədəd yeni nəsil Su-57 təyyarəsi Əlcəzairə tədarük olunacaq. 2028-dək isə daha 4 qırıcı təhvil veriləcək. Bununla da Əlcəzair Afrikada bu yeni nəsil qırıcısına sahib olan ilk ölkə ünvanına sahiblənib. Eyni zamanda, bu, bölgədə güc tarazlığını Əlcəzairin xeyrinə dəyişib"

Məlumatda anlaşmanın maliyyə dəyəri açıqlanmayıb. Lakin Moskva ilə anlaşmanın 2024-də gizli, yəni, ictimaiyyətə açıqlanmadan imzalandığı deyilir.

Xatırladaq ki, "Su-57E Felon" qırıcıları radar tutmayan, uzun mənzilli sursat tutumu sayəsində Rusiyanın ən qabaqcıl döyüş təyyarəsi tanınır.

Firudin Səfərli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA