23-09-2014 [12:30]
Meyxanaçı Namiq Qaraçuxurlunun "Qafqazinfo”ya müsahibəsi:
- Yeni mövsümdə hansı yenilikləriniz olacaq?
- Köhnə meyxana ustadlarının meyxanalarını yeni aranjemanda ifa edəcəm. Həmkarlarımla bir neçə meyxana düşünmüşük. Moskva ilə danışıqlar gedir, inşallah alınsa, martda Moskvada konsert verəcəm. "Natiq” ritm qrupu ilə olan mahnıya isə klip çəkdirəcəyik.
- Bakıda nə vaxt konsert verməyi düşünürsünüz?
- İstəyimə qalsa, neçə ildir Bakıda konset vermək istəyirəm. Lakin alınmır, bir neçə şəxsi məsələlər var. Düşünürəm ki, şəxsi işlərimi tezliklə qaydaya salmalıyam. Ondan sonra Bakıda konsert verəcəm.
- Türkiyəli aktrisalar Beren Saat və ya Cansu Dərə ilə eyni serialda rol alacağınızı demişdiniz.
- Bizim serial kollektivi onlarla danışmışdı. Amma qonorar məsələsində razılaşmadılar. Azərbaycanda serial şərtləri çox çətindir. Bu çətinlik həm maddi, həm də mənəvi cəhətdəndir. Buna baxmayaraq "Toy gecəsi” serialı reytinqlərdə birinci idi. Kollektiv çox məsuliyyətli idi. Məkan tapmaq problemi vardı, bəzən özüm də müdaxilə edirdim. Beren Saat və ya Cansu Dərənin serialımızda rol almasını düşünmüşdük. Az da olsa, razılığa gəlmişdik. Lakin vəziyyətlə əlaqədar planlar geridə qaldı.
- Serialları izləyirsinizmi? Hansı obrazı canlanırmaq istəyərdiniz?
- "Kurtlar vadisi”nə baxıram. "Möhtəşəm yüzyıl” serialını izləyirdim. Son 15 bölümünə baxmadım, çox uzatdılar. Rejissor daha yaxşı bilir ki, aktyor hansı obrazı daha yaxşı canlandırar. Türkiyədə filmə çəkilsəm, onlar məni tam fərqli obrazda təqdim edərlər. Orada peşəkarlar çoxdur.
- Hansı obrazları canlandırmazsınız?
- Deyirlər ki, hansı obrazı verdilərsə, canlandırmalısan, fərq etməməlidir. "Toy gecəsi” serialındakı obrazım həyatdakı Namiqə çox bənzəyirdi. Pislik və yüngüllük edən şəxsin obrazını canlandırmaram. Hər obrazı canlandırmaq aktyorun borcudur. Mənim sənətim meyxanaçıdır, müğənidir. Aktyorluq üçüncü-dördüncü sənətimdir. Mənim müğənnilik karyeram var. Serialda xarakterimə uyğun olmayan rol təqdim edəndə deyirdilər ki, sənə yaraşmır. Komedik obrazlar canlandıra bilərəm, amma ciddi obraz olsun, danışıqlarında zarafatlar olsun. Yüngüllük etmərəm.
- Namiq Qaraçuxurlu meyxanaçı, yoxsa müğənnidir?
- Mənim həyatımda bu sənətlət əlli-əlliyədir. Həyatımda həm meyxanaçılıq, həm də müğənnilik var. Meyxanaçıyam. Müğənnilikdə də təcrübəmi artırıram. Bu ildən daha çox müğənni kimi fəaliyyət göstərəcəm.
-Bəziləri müğəniliyinizi tənqid edir. Tənqidlərə necə yanaşırsınız?
- Tənqid gözəl şeydir, vacibdir. Hər insanın öz düşüncəsi var. Doğru tənqid olanda onun izahını verirəm. Tənqidə baxıram əgər düz deyirlərsə, əməl edirəm. Elə şeylər var ki, onlar qeybətdir. İlk gündən müğənniliyə başlasaydım, heç kim mənim oxumağımı tənqid etməyəcəkdi. Səsim, ürəyim oxumağa imkan verir. Bəzi sənətkarlarımız mənə deyiblər ki, bəzi müğənnilərin bəxti gətirib ki, sən sırf müğənniliklə məşğul deyilsən. Mən onların fikrini çatdırıram. Arxayın olmuram, çalışıram daim öyrənim. Allah mənə elə səs tembrı verib ki, çoxları bunu arzulayır. Ona görə tənqidləri psixoloji çaşqınlıq kimi qəbul edirəm. Çünki müğənni olub, meyxana desəydim, yenə tənqid olunacaqdım.
Ads by Info
- Müsahibələrinizin birində sənətdən gedib, bizneslə məşğul olacağınızı bildirmişdiniz.
- Biznesim artıq Bakıda qurulub. Bir bəhrə verəndə tam olaraq açıqlayacam. Şou-biznesdən getmirəm. Sadəcə mənə yaraşmayan layihələrdə iştirak etmək istəmirəm. Təəssüflənirəm ki, insanlar işləri düzəlsin deyə sənin ayağını büdrədirlər. Bir dostumuz veriliş açır, verilişinin reytinqli olması üçün layiq olmasan da, səni dəvət edir. Getməyəndə küsürlər. Küsəyən dostlara görə bir az şou-biznesdən uzaqlaşmaq istəyirəm. Mən insanlara qarşı diqqətliyəmsə, onlar da mənə qarşı diqqətli olmalıdır.
- Bir neçə il öncə sizin şəxsi həyatınız daim gündəmdə idi. İndi isə şəxsi həyatınızı gizli saxlayırsınız. Bunun səbəbi nədir?
- Özüm tamaşaçı olaraq şəxsi həyatımla bağlı söhbətlərdən bezdim və tamaşaçı olaraq, özüm öz gözümdən düşməyə başladım. Bir səbəb də var, saytlarımız, informasiya vasitələrimiz çoxdur. Verdiyin açıqlamadan elə söz çıxardıb yazırlar ki, insanın qüruruna, mənəviyyatına toxunur. Buna görə, şəxsi həyatımı gizli saxlayıram. Həyatımda ciddi addım atanda bunu media ilə bölüşəcəm. Media tamaşaçılarla aramızdakı vasitədir. Həyatmızda baş verən yenilikləri sevənlərimizlə bölüşmək borcumuzdur. Amma elə məlumatlar var ki, onları gizlədə bilərəm. Çünki buna ixtiyarım var.
- Şəxsi həyatınızın gündəmdə olması, məşhurlaşmaq istəyi ilə bağlı deyildi?
- Təbii ki, yox. Ola bilər ki, bu yaşla əlaqədar idi. Bəlkə də yeganə sənətçiyəm ki, məni media məşhurlaşdırmayıb. Sənətçilərin çoxunu media məşhurlaşdırıb. İndi media dövrüdür. Məşhurlaşmaq istəyirsənsə, media nümayəndələri ilə sıx əlaqən olmalıdır, mətbuat katibin olmalıdır. Mən "Rəvayət”lə səhnəyə çıxdım, daha sonra "Papanın gül balası”, "Cavanlıq səhvi” meyxanaları ilə məşhurlaşdım. Televiziyaya çıxana qədər bir neçə konsert vermişdim. İlk konsertim Şəhriyar adına Mədəniyyət sarayında oldu. Heç bir televiziya və media nümayəndəsini dəvət etməmişdim. İranda iki gün konsert verdim. Şəfa stadionunda konsert verirdim, jurnalistlərə xəbər verməmişdim. Şahin Cavadsoy hardansa içəri girmişdi, bəlkə də o bunu unudub. Mediayaya böyük hörmətim var. Bir dəfə bir jurnalist yazmışdı ki, Namiq unutmasın ki, onu Namiq edən biz jurnalistlərik. Bu mənə pis təsir etmişdi. Şəxsi həyatımla bağlı yazılanda valideynlərimdən, böyüklərimdən, ətrafımdan utanmışam. Söhbət populyarlıqdan gedirsə, bu gün də məşhurluğa ehtiyacım var. Şəxsi məsələlərimlə gündəmə gəlmək istəmirəm, bu mənim üçün artıq baş ağrısıdır. Bir xanımla şəkil çəkdirmişəm, yazıblar ki, Namiq Qaraçuxurlunun nişanlısı ilə şəkli yayıldı. Bu insanın mənəviyyatına girməkdir.
- Aygün Kazımova ilə münasibətləriniz necədir? Kameralar önündə olan barışıq sırf efir üçün idi?
- Mən heç vaxt Aygün xanımla bağlı sualları cavablandırmamışam, bu haqda danışmıram. Bu söhbətlər küsülü olmağımız haqda xəbərlərin yayılmasına səbəb oldu. Bizim Aygün xanımla aramızda heç vaxt küsülülük problemi olmayıb. Sadəcə əvvəldən Aygün xanıma dedim ki, sənin haqqında verilən heç bir sualı cavablandırmayacam. Çünki bu söhbət bağlanmır. Bu gün də münasibətimiz yaxşıdır.
Ads by Info
- Gələcəkdə yenidən bir duet ola bilərmi?
- Məncə, yox. Bu fikir reallıqdan kənardır. Bəlkə 10-15 il sonra nəsə olacaq. Biz yaradıcılığımızla bağlı bütün yollara əl atdıq və işimizi tamamladıq. Mənim üçün başqa işlər görmək lazımdır. Duet ifa etmək istəsəm, Alim Qasımovla böyük kompozisiya işləyərəm.
- Nəyin peşmançılığını çəkmisiniz?
- Peşmançılıq hissi hər bir insanda olur. Deyə bilmərəm ki, bütün əməllərim düz olub, peşman deyiləm. Bu peşmançılıqlar qlobal məsələlər deyil. Şəxsi həyatımda müəyyən uğursuzluqlarım olub. Buna peşman deyiləm. Çünki sənət həyatımda böyük uğurlarım olub. Mən bu işlə nəfəs alıram. 35 yaşım var, hələ ki, ağıllanmamışam. Ya da ağıllanmışam ki, sənətimin, işimin arxası ilə gedirəm. Şəxsi həyatım üçüncü-dördüncü sıradadır. İstəyirəm qocalanda ixtiyarım olsun ki, deyim həyatımı sənətə həsr etmişəm.
- Həyatınıza həsr etdiyiniz meyxana və ya mahnı var?
- Təbii ki, var. Sadəcə indi yadıma sala bilmirəm. Mahnılarda həyatımdan hansısa məqamı təsvir edə bilirəm. Ola bilər ki, bir-iki mahnı həyatıma həsr olunub. Etiraf edim ki, indi mahnılar yadıma düşdü. Amma sirr qalsa, yaxşıdır.
- Sevil Sevinc bacıları sizə sürpriz etmək üçün Aygün Kazımova ilə olan duetinizi ifa etmişdilər. Canlı efirdə bu sürpriz sizi çaşdırdı. Hansı hisləri keçirdiniz?
- O veriliş sənət həyatımda iz qoydu. Maraqlı sürprizlərlə qarşılaşdım, pozitiv enerji aldım. Bir müddət keçəndən sonra yenidən qonaq olacam. O xanımların verilişi səmimi olduğu üçün bəyəndim. Mən də səmimi insanam. Veriliş ona görə uğurlu alındı. Zəhmətlərini yüksək qiymətləndirirəm.
- Sizi daim efirlərdə klassik geyimlərdə görürük. Bu sizin imicinizdir, yoxsa..?
- Bu gün gördüyünüz kimi sport geyinmişəm. Klassik geyimin mənə yaraşdığını bilirəm və rahat oluram. Sport geyimin öz yeri var. Sənət adamları həmişə geyim haqda fərqli danışırlar. Geyim insanın əhvalından asılıdır. Geyim insanın əhvalını düzəldə və poza bilər. əsasən klassik geyimlərə üstünlük verirəm. Sport geyimləri yayda geyinirəm.
- Məşhur olmağınız sizə nələri etməyə mane olur?
- Qapalı insanam. Çox şey edə bilmirəm. Piyada gəzməyi sevirəm, indi isə bu mənim üçün çətindir. Bir müddət öncə Azərbaycandan köçmək istəyirdim. Bizə, dilimizə yaxın olduğu üçün Türkiyəyə köçməyə qərar verdim. İncəsənət adamıyam, öyrəşmişəm yuxudan oyanım, telefonu açım fanatların mesajları gəlsin, küçədə məni tanısınlar. Qorxdum ki, xarici ölkədə məni tanımazlar, mənə qarşı diqqət ayırmazlar və depresiyaya düşərəm. Buna görə fikrimdən daşındım. Sərbəstsizlikdən əziyyət çəksəm də, burada məni sevirlər.
- Fanatlarınızın çoxu qızlardır. Onların sevgisi sizi bezdirmir?
- O insanlardanam ki, neçə il sənətdə olduğumu saymıram. Gərək bir gün sayım. Sənətdə olduğum illərdə heç vaxt insanların sevgisindən bezməmişəm. Çox səbrli insanam, hər cür insanla dil tapıram, düşünürəm ki, onun xarakteridir. Bezdirən məqamlar da var, amma çox azdır.

- Özünüzü şou-biznesin yaraşıqlı kişisi hesab edirsiniz?
- Yaraşıqlı kişi sənətçilərimiz çoxdur. Özümü yaraşıqlı saymıram. Xarizmatik olduğumu deyirlər. Belə olduğumu düşünmürəm. Sadəcə özüməməxsus danışıq tərzim var. Sonra düşündüm ki, mənə bu qədər tərif nə üçün deyirlər. Özümə kənardan baxmağa başladım və özümə simpatiyam yarandı. Danışıq tərzim, düşüncələrim, hərəkətlərim xanımları, insanları cəlb edir. Məndən yaraşıqlı oğlanlar çoxdur. Amma qazandığım sevginin on faizini qazana bilmirlər. Yaraşıqlılığım yoxdur, amma özüməməxsusluğum var.
- Nə zaman ailə həyatı quracaqsınız?
- Bu yaxınlarda gözlənilmir. Bu il işlərim var. İnşallah gələn il mütləq evlənəcəm.
- Sosial şəbəkə sizin üçün hansı əhəmiyyəti daşıyır?
- "Facebook” məni çox incitdi. "İnstagram” isə dayaqdır mənim üçün. Burada tamaşaçı sevgisini duyuram. Efirdən uzaq olsan da, orada insanların sevgisini görürsən. Bu da adama ruh yüksəkliyi verir. Fanatlarımla tanış oldum. Mənim üçün fanatlarımla aramda körpü yaratdı. Təhqir də yazırlar. Buna əsəbləşirəm, amma geri addım atıram. Həmin adamı bloka atıram. Onlar bizim bədxahlarımızdır.
Rusiyanın döyüş təyyarəsi Finlandıiya sərhədində qəzaya uğradı - Pilotlar həlak olublar
Portuqaliyada fırtına: 2 nəfər ölüb - Minlərlə insan işıqsız qalıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı - Səbəb
DÇ-2026: millimiz İslandiyaya uduzdu (Yenilənib)
Türkiyənin Xorvatiyada yoxa çıxan təyyarəsi tapıldı - Qəzaya uğrayıb, pilot həlak olub (Yenilənib)
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
İsrail Livanda hərəkətdə olan maşını dronla vurub
Xətai rayonunda bəzi ərazilərdə qaz olmayacaq
Keçmiş komitə sədrinin qardaşının AA seriyalı köhnə maşını... - Hərraca çıxarılıb (FOTO)
"Qalatasaray"ın sabiq baş məşqçisi ərəblərlə anlaşdı - İlə 2.5 milyon avro maaş alacaq
İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar
Türkiyədə mərc oyunları: 102 futbolçu cəzalandırıldı - Siyahıda "Qalatasaray"lı oyunçular da var (SİYAHI)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Fənərbağça" heyətdən kənarlaşdırdı, "Beşiktaş" "qarmaq" atdı
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Qərbi Azərbaycan İcmasında xüsusi komissiya yaradılıb
Türkiyənin valyuta ehtiyatı rekord yeniləyib, qızıl ehtiyatı isə... - Həftəlik hesabat
Brüsseldə yenə naməlum dronlar təhlükə saçıb - Uçuşlar dayandırılıb
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verdi: "Ölkələrimizi təkcə coğrafiya deyil, həm də..."
Polis əməliyyatı: "telegram"da azyaşlılara aid porno videolar satan şəxslər saxlanıldı
"Bir canım var, o da bu vətənə qurban olsun" - Fuad Nəcəfli haqqındakı iddialara maraqlı reaksiya verdi
"Difai" komandası yarışlardan kənarlaşdırılıb
Zaqatala sakini “Nar”dan avtomobil qazandı
Bakıda bu şadlıq evində görün nə əti verilirmiş - FOTOLAR
"Premium Bank"da nə baş verir? - Sədr vəzifədən getdi
Tələbə mərkəz direktorunu məhkəməyə verib
Ağdərə rayonuna növbəti köç olub
PA-nın şöbə müdiri yeni və köhnə icra başçısı ilə bir arada - FOTO
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
PA rəhbəri Naxçıvanda - Samir Nuriyev yeni nümayəndəni kollektivə təqdim etdi + FOTOLAR
AFFA bəzi klubları cərimələyib
Hindistan Çinlı müharibəyə hazırlaşır? - Mübahisəli ərazidə hərbi hava limanı açıldı, Pekin etiraz edir
Qəzetlərə dövlət dəstəyi azaldıldı - Həftə bir nömrəsi maliyələşəcək
3837 manatdan 7650 manatadək... - İcra başçılarının rəsmi maaşı və artan obyektləri...
“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Nazir müəllimlər üçün yeniliyi açıqladı
Bu bankların əmlakları satışa çıxdı - SİYAHI
İsrail Livanı yenidən bombalayıb
Sabah hava necə olacaq? - Proqnoz
MEDİA media subyektlərinə dəstək üçün müsabiqə elan edib - Şərtlər