İlham Əliyev Lənkəranda - FOTOLAR
GÜNDƏM
25.02.2026, 11:49
Bu gün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.
Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir.
Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.
2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.
Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfər çalışır.
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı istiqamətində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığa özəl sektorla birgə kadr hazırlığı, mütəxəssislərin tədrisə cəlb olunması, istehsalat təlimləri, ustad dərsləri, həmçinin sosial və innovativ layihələrin icrası daxildir.

























Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA GƏRGİNLİK VAR? - "Aramıza girmək istəyənlər var" - "Bu qruplarla əlaqəmiz yoxdur..."
Bugün, 20:38 GÜNDƏM
-
Aktrisa prokurorluğa çağırıldı, evində axtarış başladı - Bu paylaşıma görə (Yenilənib)
Bugün, 18:57 SİYASƏT
-
Şimali Koreya lideri: "Putinin lideriyi ilə Rusiyaya qarşı sarsılmaz dəstəyimiz var"
Bugün, 18:17 DÜNYA
-
Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib
Bugün, 18:06 GÜNDƏM
-
"Arsenal" ispan baş məşqçinin müqavilə müddətini uzatdı
Bugün, 18:00 İDMAN
-
Türkiyə Futbol Federasiyasının baş katibi istefa verdi
Bugün, 17:46 İDMAN
-
Ermənistan sərhədi keçən Azərbaycan hərbçisi ilə bağlı məlumat yaydı
Bugün, 17:24 SİYASƏT
-
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında - FOTO
Bugün, 17:16 SİYASƏT
-
Moldovalı avtoritet İstanbulda "yaxalandı"
Bugün, 17:07 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
“Azərişıq” bu xidmət üçün bir milyon ayırdı
Bugün, 16:57 İQTİSADİYYAT
-
ABİF-ə mətbuat katibi təyin olunub
Bugün, 16:53 PRESS
-
İstanbulda su böhranı: nəhəng şəhəri içməli suyla təmin edən iki göl qurumaq üzrədir
Bugün, 16:35 İQTİSADİYYAT
-
AFFA üç komandaya texniki məğlubiyyət verib
Bugün, 16:08 İDMAN
-
Prezident İlham Əliyev Fərman imzaladı - Dəyişiklik
Bugün, 16:00 GÜNDƏM
-
İstanbulda daha bir məktəbdə qanlı hadisə: iki şagird bıçaqlandı
Bugün, 15:49 KRİMİNAL
-
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib
Bugün, 15:31 GÜNDƏM
-
Bakı–Qazax avtomobil yolunda ağır qəza: 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Bugün, 15:14 KRİMİNAL
-
Sabiq nazir istintaqa çağırıldı
Bugün, 15:02 SİYASƏT
-
Fransa "qaynayır" - TƏHLİL
Bugün, 14:57 DÜNYA
-
Daha 12 nəqliyyat vasitəsi özəlləşdirildi
Bugün, 14:57 İQTİSADİYYAT
-
2026-cı il Kimya üzrə Nobel Mükafatının sahibi bəlli oldu
Bugün, 14:31 GÜNDƏM
-
Vilayət Eyvazov Şəkidə vətəndaşları qəbul etdi, baş idarə və idarə rəislərinə tapşırıqlar verdi - VİDEO
Bugün, 14:16 CƏMİYYƏT
-
“İmişli”də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır
Bugün, 14:08 İDMAN
-
GÖMRÜYÜN ZÜLM VERDİYİ SAHİBKAR FƏRYAD EDİR: "3 sentyabr görüşü: vəd başqa, cavab başqa? - "Şahin Bağırova daşdan keçən sual var: Aparat rəhbərinin fəaliyyətinə kim qiymət verir?!"
Bugün, 14:01 İQTİSADİYYAT
-
Mənzil alarkən ən çox edilən 10 SƏHV... - Fərid Cəfərli yazır
Bugün, 13:55 İQTİSADİYYAT
-
Naxçıvan AHİK-i xanım müavinə tapşırıldı
Bugün, 13:55 GÜNDƏM
-
İzmir tarixində bir ilk - Tuqay siyasi mövqeyini yenə dəyişdi, Ərdoğan salamladı (FOTO)
Bugün, 13:34 SİYASƏT
-
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
Bugün, 13:14 GÜNDƏM
-
TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - VİDEO
Bugün, 13:11 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:58 CƏMİYYƏT
-
Jurnalistlərin qurultayının vaxtı dəyişib
Bugün, 12:53 PRESS
-
Aktyor Azər Aydəmir İdarə Heyətinin üzvü seçilib
Bugün, 12:45 MƏDƏNİYYƏT
-
QHT rəhbərinə 7 il 6 ay müddətə şərti cəza verilib
Bugün, 12:40 SİYASƏT